ГлавнаяИсполнители[H.O.S.T|QaraQan][Həyatın qanunları]
название:

[Həyatın qanunları]


автор:

[H.O.S.T|QaraQan]


рейтинг: ★★★★★ / 4.7 / 740 просмотров
Mənə dedilər rap yaz- rap yazdım
Mənə dedilər hit yaz- hit yazdım
Mənə dedilər dərs oxu- oxudum, beyin qırışlarıma bilik toxudum
Mənə dedilər ver imtahan- verdim 
Mənə dedilər diplom al- ala aldım
Mənə dedilər al təzə geyimlər
Nələr ki, dəbdədi, lazım elə geyinmək
Mənə dedilər pul tap- pul tapdım
Mənə dedilər qız tap- allatdım
Mənə dedilər məktəb, tələbə, qulluq, vətənə get əsgərliyə

Bu həyatın qanunları, necə sevirəm mən onları
Bu həyatın qanunları, yox olur bir-bir arzularım
Bu həyatın qanunları, necə sevirəm mən onları
Mənə düz yol göstərəcəklər- valideynlərim, birdə qohumlarım

Mənə dedilər gəl əsgərlikdən 
Gəl səni tanış eləyək Ələsgər əmiylə,
Atanın dostu, yerlisi, qohumu
Başda işləməyə- baş üstə, oldu
Mənə dedilər maaş gətir- verdim
Mənə dedilər saçın uzun- kəsdim
Mənə dedilər qonşunun qızı var, bax ona- baxdım, sonra nişanlandım
Mənə dedilər maşın al- Tofaş aldım
Mənə dedilər döymə- başa saldım
Mənə dedilər ev alaq, evləndirək- qızla yatmaq üçün hamını borca saldım
Mənə dedilər toy elə- evləndim
Mənə dedilər döz bala- nervləndim
Mənə dedilər qız ver ya oğul- beynimə saldım, soxdum, doğdu

Bu həyatın qanunları, necə sevirəm mən onları
Bu həyatın qanunları, yox olur bir-bir arzularım
Bu həyatın qanunları, necə sevirəm mən onları
Mənə düz yol göstərəcəklər- valideynlərim, birdə qohumlarım

Mənə dedilər pul qazan- qazandım
Dedilər qızıl al- aldım, aldım
Mənə dedilər qızına pul ver, 
Oğluna maşın al, evləndir, yola sal
Mənə dedilər qocalırsan- qandım
Mənə dedilər keç otağına- keçdim
Mənə dedilər kəs səsini- kəsdim
Mənə dedilər süz- süzdüm, içdim
Mənə dedilər sat evi, böl pulu 
Bu qızına cehiz, bu da ki oğlunun
Mənə dedilər sakit ol, danışma
Sən qoca, bilməzsən səhv nə [bad word] 
Mənə dedilər bax seriala- baxdım
Mənə aldılar təsbeh- fırlatdım
Xəstələndim, dedilər döz- dözdüm
Bezdi həkimlər, dedilər öl- öldüm

Bu həyatın qanunları, necə sevirəm mən onları
Bu həyatın qanunları, yox olur bir-bir arzularım
Bu həyatın qanunları, necə sevirəm mən onları
Mənə düz yol göstərəcəklər- valideynlərim, birdə qohumlarım

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "[Həyatın qanunları]" ?
2010-2020 © WebKind.Ru Тексты песен