ГлавнаяИсполнителиOkaberEvtanaziya
название:

Evtanaziya


автор:

Okaber


рейтинг: ★★★★★ / 5 / 972 просмотра
Mən hər gün meditasiyada, Sən Mənə Ateist deyirsən.
Fikirlərim maraqsız, Sən Jan Batist deyilsən.
---
Həyatın rəngini soruşdum, boz və qara dedi.
Proporsiyası təyin olunmamış müharibə davam edir.
---
Bu sadəcə həyatdır, bu həyatın həyatları var,
Məsih Nazaretli, Yehovanın övladları var, 
Dəvələrin qanadları, binaların bərbadları var,
Pulları, maşınları, fahişə arvadları var,
Fiquru insanlardan ibarət olan şahmatları var,
"Kim daha çox qan içə bilər?" deyə zarafatları var,
Vətən sataraq yüksələn biznesmen adları var,
Erməni kirvələrinin soyqırım fəryadları var,
Mavi ekranlarda yetimlərə imdadları var,
İnsanı kütləşdirə biləcək qədər savadları var,
Zəhərin dadları var müxtəlif, özün iç bax!
Salam, qonaq gəlmisən?
Ölməyə hər cür şərait var.
Keç bax.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Evtanaziya" ?
2010-2020 © WebKind.Ru Тексты песен