ГлавнаяИсполнителиНеизвестенHeç olubmu dünyadan baş götürüb qaçmaq arzun?
название:

Heç olubmu dünyadan baş götürüb qaçmaq arzun?


автор:

Неизвестен


рейтинг: ★★★★★ / 4.7 / 745 просмотров
Heç olubmu dünyadan baş götürüb qaçmaq arzun?
 Heç olubmu söyləmisən əlvida?
 De olubmu, quş olub səmalara uçmaq arzun?
 De olubmu, tək qalmısan dünyada?

 Gözlərimdə qəm, sənə danışım dərdlərimdən
 Məni dinlə, ol mənə həmdəm.

 Dostum, heç olubmu haqqsızlıq önündə sadəcə susdun?
 Heç olubmu keçmişin boz vərəqlərini pozdun?
 Xəbərin de varmi heç arxaya bax bir ömür ötdü?
 Dostum,ora kimlər gəlib kimlər getdi.

 Heç olubmu həsrətin oxlarına tuş gəlmisən?
 Heç olubmu düşünmüsən keçəcək...?
 De mənə, de heç olubmu bir anlıq kövrəlmisən,
 Biləndə ki, burdan hamı köçəcək?

 Gözlərimdə qəm, sənə danışım dərdlərimdən
 Məni dinlə, ol mənə həmdəm.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Heç olubmu dünyadan baş götürüb qaçmaq arzun?" ?
2010-2020 © WebKind.Ru Тексты песен