ГлавнаяИсполнителиНеизвестенBənd 1:
название:

Bənd 1:


автор:

Неизвестен


рейтинг: ★★★★★ / 5 / 962 просмотра
Bənd 1:
Efir dönüb qayğanağa,
Aparıcı qarışıb qonağa,
Kadr əsir dala-qabağa,
Aşağı-Yuxarı, Yuxarı-Aşağı.
Əvvəl odun atır ocağa,
Məcbur edir ağlamağa,
Sonrada öpüb qucağlayır,
Tərifləyir başdan-ayağa.
Aşağı-Yuxarı, dəstə-dəstə,
Düzülüblər eyni səsdə,
Həftənin birincisi ol,
Əyil, baş əy, sms istə!
Aşağı-Yuxarı, Yuxarı-Aşağı,
Qalmaq üçün bir az üzdə,
Sürt özüvü alta - üstə,
Aşağı-Yuxarı, Yuxarı-Aşağı.

Nəqarət:
Buda ki, köhnə mövzulardır, qaynadırıq, oynadırıq,
Aşağı-Yuxarı, Yuxarı-Aşağı.
Qafiyə təsbeh kimidir, nə cür gəldi fırladırıq,
Aşağı-Yuxarı, Yuxarı-Aşağı.

Bənd 2:
Gəl bunlara münsif otur,
Yerli ulduzumuz budur,
Mikrofonu atıb-tutur,
Aşağı-Yuxarı, Yuxarı-Aşağı.
Nə var-nə var toy tutacaq,
Hər nə gəldi uyduracaq,
Tərəkəmə çal oynayacaq,
Aşağı-Yuxarı, Yuxarı-Aşağı.
Oxumağı bir cəhənnəmə,
Şişib dodaq, qarın, məmə,
Çıxır zilə, düşür bəmə,
Aşağı-Yuxarı, Yuxarı-Aşağı.
Səhnəyə mənfəətə gəlib,
Vicdanı min qələtə gəlib,
Necə olub ki, sənətə gəlib?
Aşağı-Yuxarı, Yuxarı-Aşağı.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Bənd 1:" ?
2010-2020 © WebKind.Ru Тексты песен