ГлавнаяИсполнителиНеизвестенAzərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
название:

Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!


автор:

Неизвестен


рейтинг: ★★★★★ / 5.4 / 1443 просмотра
Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərkəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Odlar yurdu! Bu ağ günlər el gücünün bəhrəsidir,
Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir.
Nəsillərdən-nəsillərə yadigardır dəyanətin,
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin.

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərkəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Rəşadətli rus xalqının dostluq, birlik bayraqdarı,
Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı.
Qardaş xalqlar birliyindən aldıq gücü, güdrəti biz,
Qoy var olsun bu ittifaq - şanlı Sovet Vətənimiz!

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərkəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!" ?
2010-2020 © WebKind.Ru Тексты песен