название:

Paranoia


автор:

Okaber


рейтинг: ★★★★★ / 5.4 / 1406 просмотров
Günahkar gözlərin var, səsin gəlir çox həzin, 
Bu melodiyalarda zərif düşüncə gəzir, 
Məni işgəncə əzir, ümidlər sona çatmaqdan, 
Arzular gözləməkdən məncə bezir, 
Nə sənin kaprizin, nə intihar cəhdlərin 
Heçnə qalmadı, yenə mənim indi var səhvlərim 
Zamanı pozar vədləri, qalar məzar yerləri 
Yazar bəndləri yenə qəlbim 
Səni soruşar, yağışa xəstə ruhum 
Danışa-danışa səni soruşar, 
Bir az gülər, ağlayar yenə barışar 
Ürəyim yanar alışar.

Günahkar gözlərin var, bu məndə ki paranoia, 
Mənə lazım deyildi şan-şöhrət eyforiya 
Həzin Ave Mariya...
Mən dəlixana divarlarından bağırardım, 
Səni çağırardım, sən isə ağlayardın bərkdən, 
Lap ürəkdən gələn sözlər kimi 
Qəlbimdə yaşatdı əlimdən qopardı səni 
Ən bədbəxt günlər tapardı səni, atardı səni, 
Gözlərin, sən yalan danışanda satardı səni.

Günahkar gözlərin var, məni yaşadan gözlərin, 
Mənim kobudluğum və sənin yaşaran gözlərin, 
Yadımda yenə soyuq Noyabr yağışlar, 
Bağışla əzizim, nifrətimə görə bağışla. 
Bizi ayırır sətirlər, qatarlar ayırır, 
Dəli olmuş şairlərin dövrü bitmiş sayılır, 
Axtarma, bizə rekviem həsr olundu, 
Onun yazdığı dramalarda bizdən bəhs olundu, 
Sevgi məhz onundu, onun adı ayrılıq, 
Biz isə hər zaman xatirələrə qayıdırıq 
Və hər şəraiti yaradırıq ki, sadəcə unudaq
Və sonunda unuduruq..

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Paranoia" ?
2010-2020 © WebKind.Ru Тексты песен