ГлавнаяИсполнителиAid (Orxan Zeynallı)Həyatın özü ( heyatin ozu)
название:

Həyatın özü ( heyatin ozu)


автор:

Aid (Orxan Zeynallı)


рейтинг: ★★★★★ / 5.4 / 1410 просмотров
verse: AiD)
Xəyanət sabahı verilən gül dəstəsi kimi, səmimiyyətdən uzaq
Danışmaq çətindirsə, gəl yazaq
Sehirli baxışın kimi əllərin də varsa
Al bu qış fəslin, əbədi döndər yaza

Unutmaq xəyal qurduğun gələcək səni etmədən məhv
Son mənzil eynidirsə, niyə bu dəqər pillə edim dəf?
Ayağım səhv, hər addım atdıqca, növbəti hərf
Dəyişir alın yazımda, susur göylər çünki edir sərf

Yuduqca sən hər sahili
Dəniz oldu sənət sahibi
Gözü kor şairlər belə hiss edib sevər zahiri
Bitəcək qanlı döyüşlər qəlbdə hisslər daxili

Dövranı yenə də sevməz əgər diriltsələr Sabiri
Bu sevgi sağ idi onu yaşatmaqçün sən yarandın
İllərdir kimlərsə sevir, illərdir kimlərsə dözür
Görəsən işlədərmi sevgililər həyatın sözün,
Sevgilidən qabaq xəyanət etsə həyatın özü?!

(verse: TomRis)
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz

(verse: AiD)
Yenə sən getdin,
Yenə tək qaldım
Tanış notların içində birdən yarandı səs
Nə yaxşı dünən keçmişdə, bu gündə yanımda sən

Həyatın dəyəri qalmayıb, bil artıq qanımda sən
Həqiqəti tap misralarda mən əgər yalan desəm
Qırılmış qəlb əlimdə göylərdən danışanda
Dedi xəstəlikdir təklik al bu mələyi dərmandır sev

Edəndə hər an bəhs, içilən hər and əbəs
Gedərdi sayılsa birgə yaşadığımız hər an səhv
Məni pis tanıyan bir kəs, nə bilsin dərin nəfəs
Çatmasa diriltməyə məni bəsdi oyan canım desən

Bu qəlbi yaxşı tik sevginlə qorxma yaram dözər
Uçmağa həsrət sevgimizi qanadların bəzər
Və hətta pıçıldasa qulağıma ayı yarım kəsən
Yenə də sevərəm olmaq sənlə mənə haram desə

(verse: TomRis)
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz

(verse: AiD)
Pıçıltı danışmaq üçün bəs etmirsə
Qələmim artıq kağızları isitmirsə
Mən gedərəm bilsəm ki, vərəq boş qalmaz
Yumşaq sətirlərsiz qəlblərə daş dolmaz

Hərdən, səni incidəndə sevilmək
Pərdəni, salıb arxamı çevirmək
Tərk etsəm də bəlkə boşluq yaranmaz
Get narahat olma bu yollar bağlanmaz

(verse: TomRis)
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanma

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Həyatın özü ( heyatin ozu)" ?
2010-2020 © WebKind.Ru Тексты песен