ГлавнаяИсполнителиKamran aliyevSənsizliyə belə möhtacam mən. (by Kamran Aliyev)
название:

Sənsizliyə belə möhtacam mən. (by Kamran Aliyev)


автор:

Kamran aliyev


рейтинг: ★★★★★ / 5 / 962 просмотра
Sevgi çatışmır bu otağda
Istilik çatışmır,çatışmır iki nəfərlik yatağda
Sanki buzlaşma dövrünə səyahətdi tək oturmağ səhər beşdə
Ruhum donur,
Sənlə ya da sənsiz
Baxma mənə,
sevmə məni,
tutma qolumu
əgər tutacağsansa ürəysiz.
Səni kim qorxudub belə…qorxağ olmusan yaman
Saçlarıva kim dən salıb görəsən
Ürəyivə xal salıb elə bil.
Gözlərivi uzağlara köklüyüb və
bədənivi toxunulmaz edib gedib.
Bütün sevgivi çəkib içünnən.
Sən artığ özüvü belə sevə bilmirsən.
Ayağların ona dartır səni,ayağların mənsizliyə aparır.
Sevməyin bir ölçüsü varmı?
Sənsizliyə belə möhtacam mən.

“Bədnivün hər qarışını öpməy istiyirəm” diyən şair gülüşlərinə baxmağla kifayətləndi.
Cəsarətsiliydən yox, sevgidən əziyyət çəkirdi.
Yorğun doğmuşdu anası onu…
bir siqaret yandır,birini daha, birini daha…
“Bu qadın birini daha yandırdı” deyəcəylər arxamca

Yorğun doğur analar bizi
oturub şeir yazırığ, həyata atılamağ əvəzinə
Həyata atılıb artığ çəki yığa bilmiriy
Biz artığ çəkidən yox artığ sevgidən əziyyət çəkiriy
Biz sevgisini ürəyində bəsliyənlərdəniy
Bədəni ana verir bizə,
Həyatı tanımadığımız bir qadın
Bizdən olan tək şeyi, sevgimizi ona veririy 
Çıxır gedir qaraşın…

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Sənsizliyə belə möhtacam mən. (by Kamran Aliyev)" ?
2010-2020 © WebKind.Ru Тексты песен