ГлавнаяИсполнителиeyyub yaqubovİlk sevgi (особо благодарен композитору Эльчину Иманову за предоставление мне эт
TOP песен исполнителя
"eyyub yaqubov"
    название:

    İlk sevgi (особо благодарен композитору Эльчину Иманову за предоставление мне эт


    автор:

    Eyyub yaqubov


    жанры: azerbaijan, trance, pop, house, dance
    рейтинг: ★★★★★ / 5.3 / 1339 просмотров
    söz: Gülağa Tənha
    mus: Elçin İmanov
    
    слова: Гюльага Тенха
    музыка: Эльчин Иманов
    -----------------------------------
    
    Səni unutmadım qürbət ellərdə
    Könlümdə yaşayır qəmli gözlərin
    Gecə də, gündüz də xatirələrdə
    Yenə görüşünə gəlirəm sənin
    
    Sənli günlərimi yaddaşdan alıb
    Səhifə-səhifə varaqlayıram
    İllər aciz qalır, xəyala dalıb
    Qara saclarını tumarlayıram
    
    Nazlı bir baxışdan, şirin bir sözdən
    Sevinib quş kimi qanad açardıq
    Qaçıb gizlənərdik nəzərdən, gözdən
    Səs səsə verərək pıçıldaşardıq
    Nazlı bir baxışdan, şirin bir sözdən
    Sevinib quş kimi qanad açardıq
    Qaçıb gizlənərdik nəzərdən, gözdən
    Səs səsə verərək pıçıldaşardıq
    Pıçıldaşardıq...
    
    Bəzən unudaraq dərdi, sərimi
    Özümü qayğısız uşaq sanıram
    Yadıma salaraq o günlərimi
    İlk eşkin oduna alovlanıram
    
    Sənli günlərimi yaddaşdan alıb
    Səhifə-səhifə varaqlayıram
    İllər aciz qalır, xəyala dalıb
    Qara saclarını tumarlayıram
    
    Nazlı bir baxışdan, şirin bir sözdən
    Sevinib quş kimi qanad açardıq
    Qaçıb gizlənərdik nəzərdən, gözdən
    Səs səsə verərək pıçıldaşardıq
    Nazlı bir baxışdan, şirin bir sözdən
    Sevinib quş kimi qanad açardıq
    Qaçıb gizlənərdik nəzərdən, gözdən
    Səs səsə verərək pıçıldaşardıq
    Pıçıldaşardıq...
    
    Nazlı bir baxışdan, şirin bir sözdən
    Sevinib quş kimi qanad açardıq
    Qaçıb gizlənərdik nəzərdən, gözdən
    Səs səsə verərək pıçıldaşardıq
    Nazlı bir baxışdan, şirin bir sözdən
    Sevinib quş kimi qanad açardıq
    Qaçıb gizlənərdik nəzərdən, gözdən
    Səs səsə verərək pıçıldaşardıq
    Pıçıldaşardıq...

    Послушать/Cкачать эту песню
    Mp3 320kbps на стороннем сайте
    Это интересно: Əyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakı şəhəri Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinifinə daxil olur.Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi.Hələ məktəbli olaraq, 3 saylı... подробнее
    А как ты думаешь, о чем песня "İlk sevgi (особо благодарен композитору Эльчину Иманову за предоставление мне эт" ?
    2010-2020 © WebKind.Ru Тексты песен