ГлавнаяИсполнителиXpertGuerrilla (ft. Luter)
TOP песен исполнителя
"Xpert"
    название:

    Guerrilla (ft. Luter)


    автор:

    Xpert


    жанры: hardcore rap, rap
    рейтинг: ★★★★★ / 5 / 979 просмотров
    Xpert verse:
    
    Illər öncə bir neçə üləma USA iti,
    Şəhid evində yolunan saç dinamit üçün fitil.
    Allah, səni inkar edir nəzəriyyələri cahilin,
    Onlar hələ də hesab edirlər,
    Darvin dahidi. Zavodlar məni əridir, bacalardaki tüstüm,
    Kapitalizm arzularımı qızıl qəlibə süzdü...
    Brendlərin yarışmasıdı bu, “kim kimdən üstün?”,
    Cəhənnəmdə yananların parıldasın büstü.
    Acından ölən Gəncə ultimatum “Azzar”,
    Dinim hər gerilədikcə adına damğa basar.
    Bir tərəfdə bu saqqallı dar balağlı dazlar,
    Bu biri yanda svetafordan adam asarsa farslar.
    Əsgər qanı flakondadı, qalaktikadı paqonlar,
    Bircə imza atsa vərəqə, meyit dolar vaqonlar.
    Getmək səcdəyə çətindir, onurğamızı qırıblar,
    Beldə aka 74 X dağda Guerrilla.
    
    Chorus 2x (Luter) :
    
    Ey insan oğlu, günəşin sönür üzü zühura doğru,
    Xəmiri çiy südlə yoğrulubdu ki,
    Özgə qanını içib öz qanında boğulub.
    
    Xpert verse: 
    
    Görmədiyimiz hər kadrda 3 gözü var, “Blade”in,
    Sonsuzluğa yol açırmış cins şalvar, neynim?!
    Geydirmədi “made in China”, sanki kəfəni meyitin,
    Süqut eləsin fərziyələri Ziqmund Freydin.
    Allah! qəlbimizdə həkk olunub qalsın...
    Müşkül bir işdir məncə, kəşfi kimidir Marsın!
    Bıçağı soxub dibinə qədər döş qəfəsimi yarsın,
    Orqan mafiyaları mənim qəlbimi axtarsın!...
    Mentalitet qurbanları girib netdə gicdər,
    Baş monitor qoldan keysə qoşub neşdər...
    Keçid dövrü deyilir buna keçə bilsən, keç də,
    Biz keçmişi unutmuruq, unutdu keçmişlər
    Bizi, yerə atıbsa dizin,
    Avropadasa, hər bir ölkə bir qırağıdı, bezin,
    Hardaydılar olmasaydı yanacaq, qaz, benzin?
    Sizin, bizim söhbəti yoxdur, hər şey kapitalizmindir.

    Послушать/Cкачать эту песню
    Mp3 320kbps на стороннем сайте
    Это интересно: Şəhriyar AtababayevƏsl adı Şəhriyar Atababayev. 1990-cı il 30 sentyabr tarixində Bakı şəhərində anadan olub. Bakı şəhəri 292 saylı orta məktəbi bitirmişdir. (1996-2007)Qafqaz universiteti bakalavr və magistratura məzunudur. (2007-2014)XpertAltı yaşında ikən əlinə keçən "Assorti Hits-1995" adlı audio kasetdə dinlədiyi, lakin nə olduğunu anlamadığı bir musiqi tərzi xatirələrində dərin izlər qoyur. Kasetdə “Papa Bear, Shaggy, 2Pac” və sair kimi musiqiçilərin parçalar yer alırdı. Bir neçə ilsonra, Azərbaycanda kifayət qədər məhşur olan raper Anar Nağılbazın TV programlarının... подробнее
    А как ты думаешь, о чем песня "Guerrilla (ft. Luter)" ?
    2010-2020 © WebKind.Ru Тексты песен