ГлавнаяИсполнители| Rəşid BehbudovAzərbaycan
название:

Azərbaycan


автор:

| Rəşid Behbudov


рейтинг: ★★★★★ / 4.7 / 710 просмотров
Canım Bakı, qanım Bakı, ana Vətən!
Yaranmısan xalqımızın qüdrətindən.
Qara qanın qaranlığa işıq saçır.
Ağ günlərə, gələcəyə yollar açır.
Qara qanın qaranlığa işıq saçır.
Ağ günlərə, gələcəyə yollar açır.

Sənsən həyatım, qolum, qanadım,
Şöhrətim, adım, Azərbaycan!
Qəlbimdə qaynar qızıldan çaylar,
Şöhrətim, adım, Azərbaycan!

Sən gözümün işığısan, mavi Xəzər,
Günəşlə bir oyanırsan səhər-səhər.
Gözəl Bakı, göz bəbəyim, paytaxtımsan,
Öz şəhərim, öz zəfərim, öz baxtımsan.

Gözəl Bakı, göz bəbəyim, paytaxtımsan,
Öz şəhərim, öz zəfərim, öz baxtımsan.

Sənsən həyatım, qolum, qanadım,
Şöhrətim, adım, Azərbaycan!
Qəlbimdə qaynar qızıldan çaylar,
Şöhrətim, adım, Azərbaycan!

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Azərbaycan" ?
2010-2020 © WebKind.Ru Тексты песен