TOP песен исполнителя
"Xpert"
    название:

    Şeyx


    автор:

    Xpert


    жанры: hardcore rap, rap
    рейтинг: ★★★★★ / 5.2 / 1161 просмотр
    Verse 1:
    Mənim yanaqlarım Rəbbimdən utandıqca yancaq,
    Yalançı göy qübbələrini xəncər kimi sancaq.
    Quduz balaca gədə bu psixobu balaca gədə vandal,
    Üzməməlidir buruqlarda, vurun ayağına qandal!
    Sevgim kimi ötkəm, bədbin kimi görkəm,
    Səbrim kimi söykən sinə qəbrim kimi möhkəm.
    Günəş alışdıca səhər duman dolub qoruğa,
    Dərddən dağa dönən dağlar od buraxıb kruqa.
    Mürdəşir dodaqlarıma könək olarmı ayinlər?
    Gözlərim quru bir o qədər, ovcum daim tər.
    Cəhdim hədər hər dəfə, hündür bu həndəvər.
    Yaxşılar tez gəbərir, gec ölür xainlər...
    Issız adam mən, mənsiz adalar ıssızlar.
    Arılara yekə iynə soxaram, arılar vızvızlar.Daban suluq, sızlar ayaq, düşmənimdir duzlar,
    Bir də gecə sizi parçalıyıb oğurlayan qızlar...
    Verse 2:
    Solçuyuq biz! O qədər Solçuyuq ki,
    Sonda Solçuluq da qəbul etmez bizi, hara qeder bu yolculuq ?!
    1 idi niyəsə 4, 6, 8 oldu Kent,
    Hər ölənə abidə qoysam, çatmayacaq sement.
    İtirdiyim beş kəs mənə beş barmaq kimidir,
    Gedənlərin acısı solmaz, beşbarmaq kimidir.
    Altda bir baş üstdə - Kim?
    Altda bir daş üstdə - Nə?
    İnsan adlı kəs faşistə belə deyəcək baş üstə..!
    Yuxuda durub diksinərəm çıqqıldasa metronom,
    Şəhriyarda sevgi nə qədər, metrolarda vaqon.
    Sahilimdə günəş yoxdu, adamlarsa buzdan,
    Ətdən, qandan mənəm, tək Allahımdır ustam..!
    Qum çölündə qorxuluq, tərpənim, yelləyim mən,
    Bədən saman, libas pambıq ipliyindən.
    Dedi ki, Şəhri sağol gedirəm, ala, halal elə haqqını.
    Bircə damcı özünü aşağı atdı kipriyimdən...

    Послушать/Cкачать эту песню
    Mp3 320kbps на стороннем сайте
    Это интересно: Şəhriyar AtababayevƏsl adı Şəhriyar Atababayev. 1990-cı il 30 sentyabr tarixində Bakı şəhərində anadan olub. Bakı şəhəri 292 saylı orta məktəbi bitirmişdir. (1996-2007)Qafqaz universiteti bakalavr və magistratura məzunudur. (2007-2014)XpertAltı yaşında ikən əlinə keçən "Assorti Hits-1995" adlı audio kasetdə dinlədiyi, lakin nə olduğunu anlamadığı bir musiqi tərzi xatirələrində dərin izlər qoyur. Kasetdə “Papa Bear, Shaggy, 2Pac” və sair kimi musiqiçilərin parçalar yer alırdı. Bir neçə ilsonra, Azərbaycanda kifayət qədər məhşur olan raper Anar Nağılbazın TV programlarının... подробнее
    А как ты думаешь, о чем песня "Şeyx" ?
    2010-2020 © WebKind.Ru Тексты песен