ГлавнаяИсполнителиSirrBir payız səhəri
название:

Bir payız səhəri


автор:

Sirr


рейтинг: ★★★★★ / 5.5 / 1497 просмотров
Ömrünün ən şirin dəqiqələri
Ötüşür bir payız yağmuru kimi.
Unudub həyatda dərdləri, qəmi
Seyr edib göyləri qağayı kimi.

Bir payız səhəri
Qalxaraq erkən
Xəyalən gedirəm mən
Sənlə görüşə.

Bir yağmur damlası
Dəyir qəlbimə
Ayırdı xəyaldan,
Röyadan məni.

Sən məndən uzaqda olsan da belə,
Duyulur nəfəsin, səsin qəlbimdə.
Döyür ürəyimin pəncərəsini
Narın-narın yağan yağış rəsmində

Bir payız səhəri
Qalxaraq erkən
Xəyalən gedirəm mən
Sənlə görüşə.

Bir yağmur damlası
Dəyir qəlbimə
Ayırdı xəyaldan,
Röyadan məni.

Unudub həyatda dərdləri, qəmi
Seyr edib göyləri qağayı kimi.

Bir payız səhəri
Qalxaraq erkən
Xəyalən gedirəm mən
Sənlə görüşə.

Bir yağmur damlası
Dəyir qəlbimə
Ayırdı xəyaldan,
Röyadan məni.

Bir payız səhəri
...

Bir yağmur damlası
Dəyir qəlbimə
Ayırdı xəyaldan,
Röyadan məni

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Bir payız səhəri" ?
2010-2020 © WebKind.Ru Тексты песен