ГлавнаяИсполнителиAvet MarkaryanVə sevgi və yuxu, mən sizə tapa bilərsiniz
название:

Və sevgi və yuxu, mən sizə tapa bilərsiniz


автор:

Avet Markaryan


рейтинг: ★★★★★ / 4.8 / 830 просмотров
Çiçək açan arzuların 
Tükənməyən xəzinədir.
Adın ana, özün qadın, 
Laylan şirin bir nəğmədir.

Müqəddəssən əziz qadın,
Eşqin dərin və uludur.
Qəlbindəki həyəcanın
Ömrün coşğun bir suyudur

Laylay dürün tökdü yatdın,
Qəlbi qara zülmətlərin.
Böyütdüyün mərd övladın
Fəth eyləyər zirvələri. (x2)

Görəndə mən gözlərini
Qanad açdım ildən-ilə.
Dinlədikcə sözlərini
Coşdu qəlbim, döndü selə

Hər an sənə min ehtiram
Bəsləyirəm qəlbimdə mən.
Bu dünyada nə ki varam,
Məni sənsən düşündürən.

Laylay dürün tökdü yatdın,
Qəlbi qara zülmətlərin.
Böyütdüyün mərd övladın
Fəth eyləyər zirvələri. (x4)

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Və sevgi və yuxu, mən sizə tapa bilərsiniz" ?
2010-2020 © WebKind.Ru Тексты песен