TOP песен исполнителя
"Akif Islamzade"
    название:

    Ala gozlum


    автор:

    Akif Islamzade


    жанры: folk
    рейтинг: ★★★★★ / 4.7 / 722 просмотра
    Ala gözlüm, səndən ayrı gecələr,
    Bir il kimi uzun olur neyləyim?
    Bağçamızda qızıl güllər hər səhər
    Tezdən acır, vaxtsız solur, neyləyim?
    
    Nərgizlərin gözü yaşla dolanda,
    Bənövşələr baxıb qəmgin olanda,
    Qərənfilin gözü yolda qalanda,
    Yasəmənlər saçın yolur, neyləyim?
    
    "Əsən rüzgarın da yoxdur vəfası
    Düşmüşdür başına özgə sevdası.
    Lalənin cırılıb qəmdən yaxası
    Saçları pərişan olur, neyləyim?"
    
    Tez gələsən, bəlkə əlac verəsən,
    Sünbüllerin saçın yığıb hörəsən-
    Çiçəkləri kelib özün dərəsən,
    Yolda qalır, baxışları neyləyim?
    
    Çiçəklərin çəkir gözü intizar,
    Ayrılıqdan betər dünyada nə var?
    Yaz axşamı səni bilki bu Nigar
    Həzin-həzin yada salır neyləyim

    Послушать/Cкачать эту песню
    Mp3 320kbps на стороннем сайте
    Это интересно: 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı-mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Ailəlidir. Bir oğlu var.
    А как ты думаешь, о чем песня "Ala gozlum" ?
    2010-2020 © WebKind.Ru Тексты песен