ГлавнаяИсполнителиНеизвестенQanadlarıma sığal çək,qucaqla belimi
название:

Qanadlarıma sığal çək,qucaqla belimi


автор:

Неизвестен


рейтинг: ★★★★★ / 4.7 / 666 просмотров
Qanadlarıma sığal çək,qucaqla belimi ,
Başıvı sinəmə qoy, gözünü yum,say 10-na kimi ,
Qollarimda gizlən,özüvü axtar,özüvü tap içimdə ,
İpək saçların tökülsün üzümə.

Gözlərin gətirdi gecəni ,
sinəmi tut,dərimi cır,ətimi did,
Qabirğalarımı sındırıb tap ürəyimi,
Əgər varsa, mənə də göstər,
Əgər yoxsa,gizlə,yalannan de: var dərində döyünür hələ də...
Dırnağınla cız üstündə adıvı ,əbədi qalsın orda..

Güllər ək sevgimiz qədər gözəl,
Zəhərli tikanlarını qır dişinlə,
Tüpür ocağa yansin,itsin.

Biz susaq dodaqlar danışsın nağildan,
Nağilda gəzək əl-ələ tozlu səhifələrdə,ən dərin zirvələrdə...

Nalə çək,qışqır adımı əbədi karlar ölkəsində
Çılpaq qayaların yasında ,dalğalar gələndə məni də çağır,
Darixsan utanma ,məndə darıxacam,
Göz yaşın islatdi,amma qığılcımla alışacam.

Ağlama gəl qarışaq südlə bal kimi,odla köz kimi
Bir az döz mənə,bir az sev məni,
Bir az inan,qısqan bir az,

İçimdə qarğalarıma tulla qaydalarını.
Gəl sökək tərbiyə pərdələrini ,
Parçalan,yol əllərinlə saçımı dibindən,
Dişlə dodağı ,qanını tök yanağıma,irgənim bir az.

Gunəşi ört adınla
Qaranlıqda tüstü dumana qarışar,
Zamanı saxla ,
Son nəfəsdə cəhənnəm odu ilə alışaq...

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Qanadlarıma sığal çək,qucaqla belimi " ?
2010-2020 © WebKind.Ru Тексты песен