ГлавнаяИсполнителиCrazies Union (Spx,Hugo,UnDeaD,Rəssam)Hardasan?
название:

Hardasan?


автор:

Crazies Union (Spx,Hugo,UnDeaD,Rəssam)


рейтинг: ★★★★★ / 5.3 / 1288 просмотров
Spx

Hardasan Allahın bəlası? Hansı duamın lənətisən sən? Harda qaldı o sənsiz ölərəmlər,hara getsən arxanca gələrəmlr? Nə vaxt öldün ki,indi də şeirlərimdə doğulursan? Sən heç vaxt o qara saçlı qız olmamısan! Olmayacaqsan! Unut o şeirləri,gözlərimi qapayan o öpüşləri də unut! Unut məni də ama yadına sal hardasan?

Hugo

Həvvanın Adəmi nə qədər şeir yazıb görəsən?!
Yazıb ki, ağladıqca dinləyəsən!
Düz edirsən sayma məni! Azalaram mən!
Qorxağam amma düzdü sənin üçün dünya daşıyaram mən! 
Rədd edərəm yazılarımı! Hansında sən varsan!
Öləndə gələcəm dedin.. Bəs indi sən hardasan?!
Sənə məhbus oldum mən eynilə zaman kimi
Xahiş edirəm görün mənim pəncərəmdə! Söz verirəm! Salam verəcəm adam kimi...

Spx

Və mənim pəncərəm sənin evinə baxmır çox heyf.Yəni mənzərəsiz bir pəncərəm var mənim.Və qara saçlarını xatırlatmır bəyaz buludlar,ona görə də payızı sevmirəm deyirdim.Günəş də axtarır səni sən hardasan? Sən necə dəyişdin? Mənim sevgilimi öldürüb hansı dərəyə atmısan? Hardadı o? Bəs sən hardasan?

UnDeaD

Hardadı o? Biz hardayıq?
Mən hardayam? Gör indi sən hardasan?!
Yazdığım sözəri əzbər bilirdin,
İndi oxuyub ağlıyırsan,bəlkə də yandırırsan
Küçələrdən birində məni görüb heç tanıyarsan?
Tanımarsan! Çox dəyişmişəm!
Yaxında nişanındı deyəsən,eşitmişəm.
Sən adi qız deyildin,mələk yox tanrım idin.
Tanrının evi mənim evim,yanımda olmalı idin.

Spx

Və çox təəssüf ki,səni mən yaratmışam.Sən mənim xəyal dünyamsan.Mən səni şeirlərdə o mükəmməl qadına çevirmişəm.Bir-iki bəyaz vərəq,tütün,qələm,bir stəkan su və musiqi.Bax belə yarandın sən! Buna görə bu qədər sevilirsən ama əslində saçlarını min rəngə boyayan,ağlayanda gözlərindən boya axan bəsit bir qadınsan! Sən yoxsan! Sən yoxsan!

Rəssam

Qaça-qaça özümnən uzaqlara,
Gecə-gündüz yazılır mahnılar.
Mikrafon,qələm,vərəq,tütün və sən,
Musiqi,sərin su,gecələr.
Olmur kömək rəsmlər.
Qayıdır-gedir,qayıdır-gedir
Qayıdır-gedir,qayıdır-gedir
Qayıdır-gedir,qayıdır-gedir...

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Hardasan?" ?
2010-2020 © WebKind.Ru Тексты песен