ГлавнаяИсполнителиНеизвестен[bad word] [bad word] vahidat
название:

[bad word] [bad word] vahidat


автор:

Неизвестен


рейтинг: ★★★★★ / 4.9 / 889 просмотров
[bad word]  [bad word] vahidat

Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır,
Təcərrüd aləmi seyrində aləm payimalımdır.

Xəyalımda budur kim, bulmuşam aləmdə bir xilqət,
Nə aləm, hankı xilqət, sandığm batil xəyalımdır.

Cünun feyzilə azad olmuşam qeydi-əlayiqdən,
Kəmalü fəzl tərki, rütbeyi-fəzlü kəmalımdır.

Mənəm şəm'i-vüsalə yandıran pərvanəvəş varın,
Fənayi-mütləqim canan ilə bəzmi-vüsalımdır.

Təbiba, qılmışam təşxis, dərdi-eşqdir dərdim,
Əlamət ahi-sərdü ruyi-zərdü əşki-alımdır.

Həvadən mövcə gəlmiş bəhri-dərdəm, şahidi-halım
Dili-püriztirabü naleyi-bie'tidalımdır.

Füzuli, aləmi-fəqrü fənadə mün'imi-vəqtəm,
Diyari-məskənət, nəqdi-qənaət mülkü malımdır.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "[bad word] [bad word] vahidat" ?
2010-2020 © WebKind.Ru Тексты песен