ГлавнаяИсполнителиAşıq Qələndər və TəranQoca qartal(Azaflı Dübeyti)
название:

Qoca qartal(Azaflı Dübeyti)


автор:

Aşıq Qələndər və Təran


рейтинг: ★★★★★ / 5.3 / 1300 просмотров
Aşıq Mikayıl Azaflı

Qoca qartal, nə gəzirsən,
Dağlar qoynunda, qoynunda.
Bala gördüm anasının
Ağlar qoynunda, qoynunda.

Niyə qəlbin qaralıbdı,
Gül üstünü xar alıbdı.
Şamamalar saralıbdı,
Tağlar qoynunda, qoynunda.

Bir həkim yara bağlayır,
Bir hakim sinə dağlayır.
Bağban gördüm, qan ağlayır
Bağlar qoynunda, qoynunda.

Azaflı, yaz, dilə gəlməz,
Uçdu sonan, gölə gəlməz.
Keçən keçdi ələ gəlməz
Çağlar qoynunda, qoynunda.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Qoca qartal(Azaflı Dübeyti)" ?
2010-2020 © WebKind.Ru Тексты песен