ГлавнаяИсполнителиBadClause ft Deniz (OuTPro)Bayatilar
название:

Bayatilar


автор:

BadClause ft Deniz (OuTPro)


рейтинг: ★★★★★ / 4.8 / 815 просмотров
Yazaram hər cümləyə əzabların rəvayətini
Hər gecə dualarıma zülmət ilə şarə gəlir
Sağollaşanda gün batdı, eşq əhlinə qiyamətdi
Könlümü vermişdim mən, bilərək ziyan etdin
Sən mənim səhram idin, qum dənəsidə ziyafətdi
Mənə bir addım atmadın ki, gözlüyüm ziyarətini
Və pak [bad word] öldü, xəyallarım ziyarətdi
Dağıldı qəlbim bax, ya rəbb bu ədalətmi ?
Nəfəsini çək üstümə qoy deyim ki, təbabətdi
Canımda bir can var, o da qayət nəzafətdi
Səni [bad word] qollarımda dəyanətimə əlamətdi
Etdiyim ina bətn tək şərtidə ədavətdi
Şeirimə səni yazmaq, utanc deyil ləyaqətdi
 [bad word] təmiz deyil, qəlbi şərarətdi
Yaraşmır sənə, bu nə cür rəzalətdi ?

Sən gəlinsən mən bəy
Dedim şükür nəhayət ki,
Yuxuda işdi, qızım gəlir
Ağ libas’da, papa necədi ?
 [bad word]  MaşAllah qiyamətdi
Oyağam indi, ətrafda cəmaətdi
Özüm ölüm toydu, nədi bilmirəm
Amma ziyafətdi
Başın sağolsun Dəniz
Arzuların vəfat etdi
Miri bunu mənə avarə bir aşiq dedi
Ətağa cəddi
Dəli ağ əba geyin, düzlən, fərağətdi
Bu qum çölündə gedən eşq döyüşündə qamətd
Bakıdasa başqa cürdü, eşq tamam cəhalətdi
Üzr istiyirəm hə,  həqarətdi
Bu qədər xain olmayaq, ol əta içrə xətmi
Ən gözəl eşq rəbbədi, ölmü belə şəhadətdi
Balaları çəkər əzabı, axirətəycən kimdi ?
Sallahu Alaihi Vassalam Muhamməddi
 [bad word]  BadClause,Dəniz]
Bu dağda mənəm sənsiz,
Dağı enmərəm sənsiz,
Harda eşqi ahu mələsə bil ki,
Mənəm sənsiz
Bağa girmərəm sənsiz,
Gülü dərmərəm sənsiz,
Desələr şair ölüb,
O, şair mənəm sənsiz (x2)

Yad evə gəlin oldun, bərəkallah bəşarətdi
Üzündə təbəssüm var, bu səndə nə cürətdi ?
Sevinclə başlayan eşqin sonu bax hüsumətdi
Aman Allah inana bilmirəm, bu qız ki, müsibətdi
Bu sevgi qorxaqlıq deyil, inan cəsarətdi
Nəyinə gərək şah sarayları ? Şeirlər imarətdi
Mübariz, o gözəl yar özgəyəmi qismət oldu ?
Axı onu öpmək günahdı, qucaqlamaq cinayətdi
Yaz şair, sən yaz, düşünmə kifayətdi
O qədər sevmişəm ki, indi çəkir xəcalətini
Bağışlaram dönsə, var üstümdə vəfa ətri
Mən boyda bir dahinin qıza ölməyi cəhalətdi
Qazandırma bəraətini, bayatım ibadətdi
Bəlkə də zaman sonda göstərəcək məharətini
Onu incitmiyin o, xəstəliyimə şəfa gətirir
Ölsəm əgər, mənim əvəzimə ver kəlmeyi-şəhadətimi
[Verse: Dəniz]
Divanə mənəm yar, incə telli afətmi ?
Divanə mənəm, və sevirəm öz yarımı əlbət ki,
Göz yum başqalarına, göstər a kişi məharətini
Birinci qanunu budu, duyma başqa zənan ətrini
Miri birini damağına qoy, ötür mənə də siqarətivi
Önüm də dur ki, başqası görməsin bu halətimi
Hə, dinlə afət, sən o vaxtlar didirdin ətimi,
İndidə, hə ? bu səndə nə adətdi ?
Görəsən səlamət mi canan ?
Can nərahətdi,
Qəbirdə əzab çəkənə demə ki, yerin nə rahətdi
Nərahatdi
Bu məqam əzab fəthi
Amma sən narahat olma canan, can səlamətdi
Üzün gülsün, gülüşün qiraətdi
Özgəsiylə 40 ömür [bad word] #287;du, qarətdi
Bir ömür səni istədim, nə böyük qəbahət ki ?
Düşünmə mən Babəkem, ya səman xilafətdi
Bu dağda mənəm sənsiz,
Dağı enmərəm sənsiz,
Harda eşqi ahu mələsə bil ki,
Mənəm sənsiz
Bağa girmərəm sənsiz,
Gülü dərmərəm sənsiz,
Desələr şair ölüb,
O, şair mənəm sənsiz (x2)

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Bayatilar" ?
2010-2020 © WebKind.Ru Тексты песен