TOP песен исполнителя
"H.O.S.T. Alliance"
    название:

    Proza


    автор:

    H.O.S.T. Alliance


    жанры: rap, hip hop, phylosophic rap, hip-hop, fucking awesome
    рейтинг: ★★★★★ / 5.4 / 1363 просмотра
    Sənin gözlərində boğuldum,
    Payiz zərif küləklə siğal çəkdi,
    Gecəyə ilk xəzanla doğuldum.
    Boş parkın hönkürtüsü,
    Yaş asfalt bir az xəstə,
    Yagiş da incə qəddar
    Qırıq ürək boş qəfəsdə!
    
    Sökülmüş arzuların xarabasında,
    Arası kəsilməz gülüşlə
    Ağlıyırdı kor rəssam şikəst atlar arabasında.
    Sən də başqa, mən də başqa
    Dərd də, qəm də başqa
    Yaddaşim sanki bir şer kimi cızıldı daşda!
    
    Küçələrin qaranliginda çox sağol ki,
    bir mələk kimiydin,
    Saçlarin ipək kimiydi,
    Sözlərin külək kimiydi, (Çox saol)
    Qəlbimin düzənliyində bir bulaq kimiydin,
    Amma çox isti, çox duzlu çox tozlu
    
    Manikenlər
    Vitrində göz yaşıyla
    Ölülər qucaqlaşır
    Yuxularında başdaşıyla
    90 illik keçmişimlə 20 yaşda neyniyim
    əllərim bağlı, qarğalar ciyərimi çeyniyir!
    
    Heç nə demə danisma,bəsdi, heç nə soruşma
    Kim günahkar, sən günahkar, mən günahkar
    Gecə günahkar, gün günahkar
    Dərslər günahkar,
    Payız, şeir-dəftər günahkar
    Bəlkə də oxuduğum kitablarla dolu rəflər günahkar
    
    Incə-incə kəs damarlarimi iç qanimi sevgilim
    Artiq sevmirəm, sən də sevmirsən
    Sehrli bir nağıl
    Səni unutmaram, məni unutma sən
    Gizləmə,
    Göz yaşın qoy axsın, onu qurutma sən
    
    Nəqarət: (2x)
    Məktublar və tozlu şəkillər yanır, əllərimi
    Qızdıran ocaqda, ümid uzaqda, içimdə şaxta
    Ölmüş sevginin,
    Ruhu hərdən gəzir bu qaranlıq otaqda
    
    Sənə nifrət etdim, həm də sevdim qəzəbsiz
    Pəncərəyə yağış damlıyır, gözəl səssiz.
    Kül ocaqda, yastıq qucaqda
    Darıxdın, güldün, ağladın gecə səbəbsiz
    
    * * * * *
    Küləklərlə dərdləşirdi qatarın tüstüsü
    Uzaqda baharın istisi
    Çox soyuq yanaqlarımda
    Buz bağladı donub qalan o göz yaşı
    Yadına sal, arzularda ölmək
    Eyni gündə ikimizə bir baş daşı
    
    Və eyni gündə öldük
    Sən mənimçün, mən səninçün özgə oldun
    Sən mənimçün, mən səninçün
    Bəlkə xəstəlik səbəb
    Bəlkə mələklər paxıl
    Amma mənə demişdilər ki sevgi qəlbə çiçəklər taxır
    Evlənək demişdin,
    Uşaqlıq necə gözəl və nə qədər sadəlöhv
    Qaçaq demişdin
    Qanadlarımızı açıb uçaq demişdin
    Hər şeyi demişdik
    Gizlədiyimizi gözlər demişdi,
    Dumanlar gizlədəndə yerimizi
    İzlər demişdi
    Restoranlar, Rəqsimiz
    Sevgililər günü,
    Ümidlər yanır günəş kimi
    Ümidlər sönür
    Ay işığı nur

    Послушать/Cкачать эту песню
    Mp3 320kbps на стороннем сайте
    Это интересно: Rəsmi Profile: http://www.lastfm.ru/music/H.O.S.TОфициадьный профайл: http://www.lastfm.ru/music/H.O.S.T_____________________________Rəsmi Profile: http://www.lastfm.ru/music/H.O.S.TОфициадьный профайл: http://www.lastfm.ru/music/H.O.S.T_____________________________Rəsmi Profile: http://www.lastfm.ru/music/H.O.S.T... подробнее
    А как ты думаешь, о чем песня "Proza" ?
    2010-2020 © WebKind.Ru Тексты песен