ГлавнаяИсполнителиTeymur Emrahİnanmaram
название:

İnanmaram


автор:

Teymur Emrah


рейтинг: ★★★★★ / 4.7 / 686 просмотров
Gözlərəm səni, gəl üzmə məni,
Gəl ay yarım, gözüm qalıb
yollarında.
Güllər açıldı, bülbüllər ötdü,
Harda qaldın, gözüm qaldı
yollarında?
Deyirlər, məndən üz
döndərmisən,
Mən bu sözlərə inanmaram,
inanmaram.
Özgə birinə könül vermisən,
Mən bu sözlərə inanmaram,
inanmaram.
O gözlərdən küsərəmmi,
küsərəmmi?!
Ayrılığa dözərəmmi,
dözərəmmi?!
Yarın həsrətinə dözərəm hər an,
Durub yollarında gözlərəm hər
an.
Laləli düzdə, cığırda-düzdə,
Qoşa gəzib, yığardıq biz
bənövşələr.
Bu sevgimizin şahidi olub
Buz bulaqlar, göy çəmənlər, o
gur çaylar.
Deyirlər, məni sən unutmusan,
Mən bu sözlərə inanmaram,
inanmaram.
Əhdimizə sən dönük çıxmısan,
Mən bu sözlərə inanmaram,
inanmaram
O gözlərdən, o gözlərdən
küsərəm mi, küsərəm mi?
Ayrılığa, ayrılığa dözərəm mi,
dözərəm mi?
Yarın həsrətinə dözərəm hər an.
Durub yollarını gözlərəm hər an.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "İnanmaram" ?
2010-2020 © WebKind.Ru Тексты песен