ГлавнаяИсполнителиMC Murad ft. Miri YusifAnacan
название:

Anacan


автор:

MC Murad ft. Miri Yusif


рейтинг: ★★★★★ / 4.8 / 760 просмотров
O zərifdir, O ən əziz və mehribandır
O sevgi bəxş edəndir, sevgisi isə bir ummandır
O məni gözləyən, O məni axtarandı
Məhz O mənə dərk etdirib ki, həyat imtahandır
Cahandı, cahanda ondan özgəsi yalandı

 O ən birinci kəlməm, göz açdığım bir andır
O könlümü alan, O qayğıma qalandı
Məni bağışlayan, O məni tək anlayandı
Felekmi günahkar, zaman uçur gedir dayanmaz
Saçları ağarmış, yaddaşı duman-dumandı
O hər şeyi bilsə də, çox şeyə göz yumandı
Bir dəfə baxsa mənə min dərdimi duyandı
Mənim dərim qoparır, mənim dərdim yamandı
Mən içdə qocalmış, üzdə saqqalım cavandı
Mən danışdığım insan hər ağıla bəyandı
O müqəddəs varlığım mənim CANIM ANAMDI

Bağışla satıldım mən bu dövrana
Gəmilər daha qayıtmaz limana

Nə biləydim ki, məni gözləyir "başqa həyat",
Daha böyük hünər və güc istəyir "başqa həyat".
Adətən tələb edir pisliyi "başqa həyat",
Sevir pərdələri və artistliyi "başqa həyat"!
Mənim öz sirrli dünyam var bir də persanajım
Həyatda milyon dəfə daşdan daşa deyib başım
olub ki. inanmışam satıb sirrimi sirdaşım
Nə tökmüşəmsə bilmirem, nədənsə həlpdi aşım
ANACAN gülürsən, canlısan şəkillərdə
Səninlə aramızda gözlə görülməyən pərdə
Mən səni yalnız görürəm o qayğısız illərdə
Gül təki yuxularımda, ən şirin yuxularımda
Sən mənim qəlbimdə, sən mənim ilk nəğməm
Həyatın yollarından mənə sən tək həmdəm
Bu amansız əcəldi səni məndən ayıran
Sən cənnətin qonağı mən cəhənnəm də viran

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Anacan" ?
2010-2020 © WebKind.Ru Тексты песен