ГлавнаяИсполнители[♥ A א ๖ۣۜG e ∟♥ ] Anar BəylərSevgidən Də Artıq
название:

Sevgidən Də Artıq


автор:

[♥ A א ๖ۣۜG e ∟♥ ] Anar Bəylər


рейтинг: ★★★★★ / 4.6 / 644 просмотра
Baxışım dəyişib, bilmirəm nədir,
Heç tanış gəlmir, bu gözlər mənə.
Bəlkə də sevgidir, ürəkdən gəlir,
Çox xoşdur yad olan bu hisslər mənə.

Yox, sevgi də deyil bu gözəl hisslər,
Sevgidən də artıq axı nədir, bu?
Boş qalıb kəlmələr, ən gözəl sözlər,
Yep-yeni əvəzsiz son nəfəsdir bu.

Qapanmır gözlərim, gəzir gecəni
Xəyalım göylərdə rəsmlər çəkir.
Ulduzlar sinəmə sıxıb əlini,
Baxıb mələklərə nəğmə söyləyir.

Yox, sevgi də deyil bu gözəl hisslər,
Sevgidən də artıq axı nədir, bu?
Boş qalıb kəlmələr, ən gözəl sözlər,
Yep-yeni əvəzsiz son nəfəsdir bu.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Sevgidən Də Artıq" ?
2010-2020 © WebKind.Ru Тексты песен