ГлавнаяИсполнителиAli KhayyamUlduzlara Uzanmaq ⛺
название:

Ulduzlara Uzanmaq ⛺


автор:

Ali Khayyam


рейтинг: ★★★★★ / 5.1 / 1088 просмотров
Başqa bir yorğunluq var sanki bu gün ruhumda,
Bir şəhər var, adını unutmuşam, xatırlat adını, çıxım gedim.
Gəlib indi dizlərində uzanmaq var idi, ulduzlara baxışlarınla baxışa da bilərdim halbuki.
Amma mən yüklənib ayaqlarıma evə gedirəm, əlimdə də bir kilo alma.
Bəxt üzükləri tək tərəfli, nəfəslərim daxilə bir quru can saxladın Tanrı!
Deyəsən özün çevirirsən məni Sufiyə.
Necə də çıxardardım əynimdən bütün inanclarımı, ulduzlara yaslamaq üçün başımı,
Dizlərinə gələrdim..
Halbuki, halbuki mən səni necə də çox sevə bilərdim.
Amma mən yüklənib ayaqlarıma evə gedirəm, əlimdə də bir kilo alma.
Kaş 70-lərdə yaşayardım və inqilabı ilk sizinlə həlləri yandırmaqdan başlayardım.
İndi sənin adına ünvanlı statuslar yazıram, yandıra bilmirəm evini, bağışla..
Bilən susur, susmayan bilmir, susub daxilimdə danışdım, tükəndim.
Mən ha qışqırdım, ha öldüm, fərqsiz..O dinmir..
Sən baxanda soyuna bilmirəm deyən qadınlarla,
Səhərlərə qədər Şəmsi müzakirə edə bilərdim.
Sonra anladım, necə də maraqsız idi, qışqıra-qışqıra sənə etdiyim fəlsəfi söhbətlər.
Sən o anda sevgili, sənin yoxluğunda mənə şair deyirlər..
Bu Bakı..
Bu Bakı niyə bütün xatirələrə düşməndir belə?
Sənin getdiyin sonuncu yola indi asfalt çəkirlər.
Səni düşünərək əllərinin qarasına baxıram kəndlimin.
Pul əl kiri deyənə lənət olsun ki, pulunu alıb, kirini saxlayıb əllərinin.
Nə sol, nə sağ davasına girmədən yaşamaq milləti.
Zira yedin də, yemədin də bu siyasətin bir adı var : Alma!
Mən də yüklənib ayaqlarıma evə gedirəm, əlimdə də bir kilo alma.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Ulduzlara Uzanmaq ⛺" ?
2010-2020 © WebKind.Ru Тексты песен