ГлавнаяИсполнители[ Nərminə Məmmədova & Sinan Səid ]Evlərinin ögü yonca
название:

Evlərinin ögü yonca


автор:

[ Nərminə Məmmədova & Sinan Səid ]


рейтинг: ★★★★★ / 4.9 / 909 просмотров
[bad word] azerbaycanmusiqisi

    Evlərinin önü yonca,
    Yonca qalxıb dam boyunca.
    Boyu uzun, beli incə

    Ninnə, yavrum ninnə,
    Əsmər yavrum ninnə, ninnə, ninnə.

    Evlərinin önü lalə,
    Saqi, doldur, ver piyalə.
    Sərxoş olaq düşək yola

    Ninnə, yavrum ninnə, ninnə, ninnə.
    Əsmər yavrum ninnə, ninnə, ninnə.

    Evlərinin önü darçın,
    Fələk qoymaz qəddim açım /gözüm açım/
    Səni alıb hara qaçım.

    Ninnə, yavrum ninnə, ninnə, ninnə.
    Əsmər yavrum ninnə, ninnə, ninnə.

    Evlərinin önü süsəm,
    Sıyrılıb qoynuna düşəm.
    Hər gün sabah boyun görsəm...

    Ninnə, yavrum ninnə,
    Əsmər yavrum ninnə, ninnə, ninnə.

    Evlərinin önü paxla,
    Gögərçinlər vurar taxla.
    Al məni qoynunda saxla,

    Ninnə, yavrum ninnə,
    Əsmər yavrum ninnə, ninnə, ninnə.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Evlərinin ögü yonca" ?
2010-2020 © WebKind.Ru Тексты песен