ГлавнаяИсполнителиAnar BeylerSen ve men
название:

Sen ve men


автор:

Anar Beyler


рейтинг: ★★★★★ / 4.6 / 606 просмотров
Qaranlıq saçan şam işığında,
Soyuqdan gizlənən ruhum.
Bir qığılcıma həsrət olanda,
Çıxa gəldin sən.

Fırtınalarda pərişan,
Könlüm bir liman axtaranda,
Məni çılğın dalğalardan,
Çəkib aldın sən...

Həyata yenidən göz açmış,
Sonsuz yuxudan oyanmış, 
Sovrulaq qoşa yarpaq kimi,
Dünyanın bilinməyən ucuna...

Bir günəşimiz olsun, 
Həyatımıza dolsun,
Bir bəstəmiz olsun,
Sevgi hekayəsindən danışaq...

Sən və mən birlikdə,
Yelkən açaq üfiqlərə,
Qoy qısqansın bizi,
Səmada mələklər belə...

Sən və mən birlikdə,
Yelkən açaq ümidlərə,
Qoy qısqansın bizi,
Səmada ulduzlar belə...

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Sen ve men" ?
2010-2020 © WebKind.Ru Тексты песен