ГлавнаяИсполнителиНеизвестенElə bil MS-13, Yakudze, Kasta qurublar!
название:

Elə bil MS-13, Yakudze, Kasta qurublar!


автор:

Неизвестен


рейтинг: ★★★★★ / 5 / 1039 просмотров
Elə bil MS-13, Yakudze, Kasta qurublar!
Marsda buruqlar tapılır.
Usta kruqları dağıdır asta qruplar,
Hansı ki gözləri qan səhərə qədər postda durublar.
Bizdə belədi gərdişi-dövran,
Hər işi böhran olanın, vərdişi böhtan.
Gəlmişi çoxdan unudub keçmişini bu qədər sadə,
Vəziyyət fövqəladə!
Dön gəl Adəm!
Adə, mənə bax biradər.
Bu qədər matəm niyə?
Madam hər kəs bərabər.
Danışır soyqırımdan, danışıdıqca soy qırılır,
Deyir ki: “üzümə tüpür, döy məni, söy qırılım”.
Əşşi nəisə.. Bir gün başıvız daşa dəysə,
Ölümün gözünə baxın 10 nəfərin 5-i geysə.
İncə-mincə, domestic animal ya da pet,
Bizlər lycan, majestic cannibal ya da Mad!

Mən. Siz. Birdə külək, birdə yağış! Sülh. Hərb. Müharibə. Yoxdu barış! Gəl. Bax. Gələn gedir, gedən ölür! Dön get #OnÜç addım, geriyə dön gəl!

Mənə lazım deyil qafiyə əvəzinə rhyme demək,
Əsas daim demək!
Kim nə qədər hit yazıb?
Bilmirəm sayın bilək.
Medal asaq boynundan, ağzının payını verək!
Qlamur həyat tərzinə can atır can xanım,
Gönçeyigül Badi-Səfa Tövhə Müşərrəf Pikə Sultan xanım,
Adriana Lima karması.
Mənim sinəm dəftər, beynim mina tarlası.
Tər basır düşməni atıram replika
Satıram papryka, ədəbiyyata rap qatıram.
Bir dənə Ustad var öldürəcək ulduzlar onu,
Uşaqlıq travmam dostumun sevdiyi qızlar olub.
Show-business’i tanımıram əsl show rap,
Bura Alcatraz, Guantanamo, Shawshank.
Divarlar qan içində, qanlı əllər murdar,
Dəlixanaya xoş gəldin! Hər şey xaotik burda.

Skit – Ali Khayyam

Əsas gözlərimi anla
Sözlərimi başa düşməsən də olar
Özündən keçib gəlməlisən
Yoxsa bağlanar üzünə ilahi qapılar
Sevgi ən vacib şərtdir
Səcdə etməsən də olar

Qurd ziyafətində bütün balıqları dünyanın
Allah çəkəcək qarmağın
Bu gün dostların yarısı əclaflıq titulunda
Oyanmışıq qardaş, xeyirli olsun sabahın

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Elə bil MS-13, Yakudze, Kasta qurublar!" ?
2010-2020 © WebKind.Ru Тексты песен