ГлавнаяИсполнителиIlgar MuradovBu dunyani nagil bilek
название:

Bu dunyani nagil bilek


автор:

Ilgar Muradov


рейтинг: ★★★★★ / 5.4 / 1392 просмотра
Bu dünyanı nağıl bilek....

Dindi yenə xatirələr
Döndüm yenə o günlərə
İstədim ki, əvvəlki tək
Tutum sənin əllərindən
Gözümüzdə könlümüzdə
Neçə arzu neçə istək
Xumarlanaq xoşbəxtlikdən
Bu dünyanı nağıl bilək
Bu dünyanı nağıl bilək

Sən, mən, bir də xatirələr
Həmin küçə hara getsəm
Yenə məni izləyirsən
O küçənin döngəsində
O ağaçın kölgəsində
Yenə məni gözləyirsən..

İstədim ki əvvəlki tək
Yenə mənə rast gələsən,
Güya elə sən də ordan
Keçirmişsən təsadüfən
İstədim ki geri dönəm
Qaynar gözlərindən öpəm,
Baxışlarından titrəyən
Bu dünyanı nağıl bilək
Bu dünyanı nağıl bilək

Sən, mən, bir de xatirələr
Həmin küçə, həmin şəhər
Bilirəm ki, hara getsəm
Yenə məni izləyirsən
O küçənin döngəsində
Dindi yenə xatirələr
Döndum yenə o günlərə
İstədim ki əvvəlki tək
Tutum sənin əllərindən
Gözümüzdə könlümüzdə
Neçə arzu neçə istək
Xumarlanaq xoşbəxtlikdən
Bu dünyanı nağıl bilək
Bu dünyanı nağıl bilək

Sən, mən, bir də xatirələr
Həmin küçə həmin şəhər
Bilirəm ki, hara getsəm
Yenə məni izləyirsən
O küçənin döngəsində
O ağaçın kölgəsində
Yenə məni gözləyirsen.......

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Bu dunyani nagil bilek" ?
2010-2020 © WebKind.Ru Тексты песен