ГлавнаяИсполнителиНеизвестен[bad word] [bad word] azerbaycanmusiqisi
название:

[bad word] [bad word] azerbaycanmusiqisi


автор:

Неизвестен


рейтинг: ★★★★★ / 4.8 / 777 просмотров
[bad word]  [bad word] azerbaycanmusiqisi

Anamdan bir yaylıq aldım,
Heç bilmirəm harda saldım,
Səndədirsə ver yaylığı,
Yaylıq salar ayrılığı,
Gözəl oğlan, ver yaylığı.

Yaylığını tanı, ay qız,
Məndə yaylıq hanı, ay qız,
Kim dedi yaylıq məndədir,
Bəlkə qalıb çəməndədir,
Gəl axtar tap yaylığını.

Ay kələkbaz, oğlan-oğlan,
İnciyərəm səndən inan,
Gəlməsə yaylıq başıma,
Xəbər verrəm qardaşıma,
Gözəl oğlan, ver yaylığı.

Qurban olum göz-qaşına,
Gedib demə qardaşına,
Sevgilindən gəl incimə,
Yaylıq məndədir, gözəl yar,
Al, sevgilim, al yaylığın.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "[bad word] [bad word] azerbaycanmusiqisi" ?
2010-2020 © WebKind.Ru Тексты песен