название:
автор:
3 sual
автор:
Miri Yusif, Abd. Malik, L-Mir, PRoMete, Qaraqan
рейтинг: ★★★★★ / 5.4 / 1382 просмотра
- Текст
- Открытка с текстом
(Nəqarət: Miri Yusif) Kimə nə etdin, əziyyət verdin, Zülmü yaydın, şirkə qovuşdun. Sorarlar səndən 3 sual, ay yetim, Haçan, harada və necə etdin? (Verse: Miri Yusif) Bil bunu, bil bunu Təkcə bir bəlası var insanların, Dərdini çəkərlər o şeyə ki, yoxdur, Qarınları toxdur, Var-dövlətləri buğda qədər, Zəmanə ötər yenə, arzuları çoxdur. Arzu bir quyudur, onu doldurmaq olmaz, Ehtiyac dəniz kimidir, günəş onu qurutmaz, Açılmaz qəlblərimiz, çox dumanlı, Varlıdan kasıbıq, kasıblardan varlı. Ağlayanlar kimi, ağlayırıq doğulanda, Nəyin ki, öləndə, rəhmətə gedəndə, Ana bətnində anlayırıq o zaman, Dünyaya doğurlar bizdən sormadan. (Nəqarət: Miri Yusif) Kimə nə etdin, əziyyət verdin, Zülmü yaydın, şirkə qovuşdun. Sorarlar səndən 3 sual, ay yetim, Haçan, harada və necə etdin? (Verse: Abd.Malik) Wooow! Savablarım damarımı kəsir, Houuu! Gühanlarımın küləyi əsir, Hər! Gün imanım nəfsi ilə döyüşür, Hər! Bir cavabım sualla toqquşur. Nə çox əziyyət çəkdi, boynum günah daşıyaraq, Tövbə, tövbə dalınca, qəlbim qalıb ağlayaraq, Nə çox dırnağım qırıldı, mərməri qaşıyaraq, Səcdə, səcdə dalında, alnım yeri axtararaq. Hər gün sanki qara qəhvə, Soyuq içdin, yol verdin səhvə, Eyni dildə qılınır qiybətlə namaz, Cəmiyyətdə yaranan, axirətdə yaramaz (Nəqarət: Miri Yusif) Kimə nə etdin, əziyyət verdin, Zülmü yaydın, şirkə qovuşdun. Sorarlar səndən 3 sual, ay yetim, Haçan, harada və necə etdin?(x2) (Verse: L-Mir) Çox istəyirəm hər şeyi yenidən başlayım, Möhkəm bünövrə qurum, gedim şeytanı daşlayım. Bu dəfə çalışaram yol verməyim heç bir səhvə, Amma yaddaşdan silinmir cırılmış heç bir səhifə! Sınmış qablar, qəlblərə düşmüş qəlpələr! Get səni dostların gözləyir, birdə fahişələr! İndi sən də verdiyin vədləri çıxart yadından, Bilirəm ki, doymusan bu həyatın kəm-şirin dadından! Mən zombi, mən monster, mən bəlkə çörəyi həmişə diz üstə olan toster! Poster, çırılmış afişa keçmiş konsertdən qalan, Mən doğmalarımın həyatında olan ən şirin yalan! Öz keçmişim ancaq öz ürəyimi sancır bıcaq kimi, Və mən yenə təklikdə ağlıyıram balaca uşaq kimi. Görəsən qar bütünmü insanların könlünü alır? Bu həyatda hələ çox şey sual altında qalır… (Verse: PRoMete) Gizlənərək arxasında notların və sözlərin, Nə qədər görülməməli şey görübdü mənim gözlərim. Biz izlədiy ki, iz qoyanlar iz qoyubdu bəlkə düz, Amma unuduldu bir həqiqət, olmur tülkü düz. Bizəmi qalıb olmaq şarlatanlar arası saf-dürüst, Poz bu qaydaları, sufi, meyxanədə saqi-süz. And üçün yararsızdı məndə artıq hər iki üz, Qəlb sularım çox genişdi, vaxt varikən hələ ki, üz! (Verse: Qaraqan) Mənim payızım qaldı yayla qış arasında, Mənim sözlərim indi iki verse arasında, Döz arasında, bu qədər dərdlərin! Mənim həyatım çoxuna bağlı pərdələrdi! Çox qəribədi, hamı ətrafımıza toplanır, Uğur artdıqca, yeni qohumlarımız yaranır, Sadalanır, hallanır adımız hər mövzuda, Üç sual repində sözlərim uyğun deyil mövzuya! Bilmirəm, mən mələyəm, mən insanam ya şeytan! Repodromda siz ponilərsiz, biz mustanq! Belədi bu oyun - hərə öz qaydasın qoyur. Mikrofon həkimdi, ürəy paltarını soyun! Bilmirəm! Mən demirəm! Mən bir də buralara gəlməyəcəm! Mən qorxmuram! Ver bütün suallarını! Onsuz da cavab tapmayacam! Mən qaçmayacam zərbələrdən! Hər dəyəndə bərkiyərəm! Dinliyərəm məsləhət, Amma nə edirəm, özüm bilərəm! Öz atımı, özüm minərəm! Xaç olsun bu ya minarə! Mən bilərəm! Bəsdi qarışdın Südabə, Dilarə! Hərənin öz günahlarına, Öz savabı var! Öz üç sualına öz cavabı var! (Nəqarət: Miri Yusif) Kimə nə etdin, əziyyət verdin, Zülmü yaydın, şirkə qovuşdun. Sorarlar səndən 3 sual, ay yetim, Haçan, harada və necə etdin?(x2)
А как ты думаешь, о чем песня "3 sual" ?