название:

Bosh ver


автор:

Mursel


рейтинг: ★★★★★ / 5.1 / 1072 просмотра
Yenə mənə nəğmələr qoş
İçirəm, hər gecə sərxoş
Yenə qalıb əllərim boş
Artıq yoxam ,sevinərsən
Nə istəyirsən edersən
Düşünmədim ki gedərsən
Unut demə necə unudum
Boş ver hər şeyi boş ver

Yenə zülmət otağımda
Göz yaşım yanağımda
Tək rəsmin qabağımda
Səni yar ürəyimə saldım
Gözü yollarda saraldım
Yenə öz özümlə qaldım
Unut demə necə unudum
Boş ver hər şeyi boş ver

Yalnızlıq olub məndə cəm
Tək sənsən mənə məlhəm
Yenə mənimlədi dərd qəm
Məni bir saniya anmır
Qayıtmamağda usanmır
Gözümün yaşı diyanmır
Unut demə necə unudum
Boş ver hər şeyi boş ver

Bu məhəbbət necə qansız
Tez unutdun ay imansız
Sevə bilmədin yalansız
Çix get desən gedim əlbət
Gedərəm gizlicə xəlvət
O an olərəm nahayət
Unut demə necə unudum
Boş ver hər şeyi boş ver

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Bosh ver" ?
2010-2020 © WebKind.Ru Тексты песен