ГлавнаяИсполнителиABD.Malik ft. Zulfiyye XanbabayevaMenim Deyilsen
название:

Menim Deyilsen


автор:

ABD.Malik ft. Zulfiyye Xanbabayeva


рейтинг: ★★★★★ / 5.2 / 1173 просмотра
Öyrət unutmağa unudum səni,
Sən mənə sevməyi öyrədən kimi,
Sənli günlərimi atım qəlbimdən
Yarpaqlar ağacadan tökülən kimi.

Nə olar sən mənim köməyimə gəl,
Düşünək birlikdə unudum səni
Açarı səndədir bağlı qapımın
Ver onu bir yolluq unudum səni.

Sən mənə sevməyi öyrətdiyin tək
Unutmaq yolunu bəlkə bilirsən,
Onsuz da sonu yox bu məhəbbətin
Axı sən özgənin mənim deyilsən.

Mən səni unutmaq istədiyim an,
Gözümün önündən gəlib kecirsən,
Mənə unutmağı öyrət sevgilim!
Silim gözlərimdən axan gözyaşımı.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Menim Deyilsen" ?
2010-2020 © WebKind.Ru Тексты песен