ГлавнаяИсполнителиMusiqi - Üzeyir Hacıbəyov, Söz - Əhməd CavadAzərbaycan Respublikasının himni
название:

Azərbaycan Respublikasının himni


автор:

Musiqi - Üzeyir Hacıbəyov, Söz - Əhməd Cavad


рейтинг: ★★★★★ / 5.5 / 1474 просмотра
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Azərbaycan Respublikasının himni" ?
2010-2020 © WebKind.Ru Тексты песен