название:
автор:
Azərbaycan
автор:
Неизвестен
рейтинг: ★★★★★ / 5 / 968 просмотров
- Текст
- Открытка с текстом
Azərbaycan Lay-lay Azərbaycanım Lay-lay vətənim, ana torpağım Lay-lay xalqım, yazıq, millətim Lay-lay Gözünü bağla sənə şirin yuxular(x2) Yat başı bəlalı yuxulu xalqım.. Nə qədər işıq salan yoxdu gözünə Nə qədər güvən yoxdu sözünə Lap doyunca yat, Yer rahat olsun gərək Döşək verək Yerinin altı-üstü qızıl Gözünü dikənin gözünə qıfıl Can Vətən! Sözünü demiş şəhidlərin məzarında Yer tapılar qazilərə də, Kəfəni toxuyan dərzilərə də! Amma sinəyə döyən millət Hər işi sonraya qoyan millət Səhər yeməyi yatağa gələcək Qarabağını sevən millət Sevgi yenə də sözdə deyilir Rüşvət artıq üzdə verilir Sabir söyən dövr sanki Hami yenə də yuxuda deyinir.. Hakimiyyət səhvdir - deyilir Düz qərar çox sərtdir - deyilir Amma dərdi yayan səbəb Bu millətə içdən gəlir Gözünün önünə kabus gəlir Bu millət cadulanıb Səhər çörəyə qurd yağını Axşam şəraba keçi qanını Qatıb xeyli iştahlanıb.. Nə qəribə vəziyyət alınıb İlanlar bogaza dolanır Zəhər saçan quyruğuyla Hörümçəklər öz torunda Çox qocalıb, ölmək bilmir Qış da gəlir, qar da yağır Şəhid çırağı sönmək bilmir Hədəfə yaxın millət Amma heyif ancaq yuxuda millət Belə gözəl təmiz niyyət Olur içdə mütləqiyyət Qəlb keçirir əlinə sükanı Bayraq verir əmələ təkanı Adına ləkəni yaxır millət Səs salmıyın yatır millət Lay-lay Azərbaycanım Lay-lay vətənim, ana torpağım Lay-lay xalqım, yazıq, millətim Lay-lay Gözünü bağla, sənə şirin yuxular(x2) Yat başı bəlalı xalqım, yenə də yat Göz bəbəylərində yuxulu Varıvı yoxuvu köpüyə sat İllərin yalançı tarixində Səyfələr cürüy, ürəy dözür Yaralar laxtalandı, əsirlər üzü bozardı Kütlənin üzü, yolu yolsuzların izi Bizə unutdurub bizi, Çökəndə xalqımin dizi Yeri tozlar sovurdu, sordu qanını iyinə gələnlər Nə gəlir isti sabahlar Nə bitir soyuq dünənlər Nə Vətən, nə də ki bayraq arzusunda Qəlbim istərəm ki, Kağızlarda qanun əməllərdə olsun Gözlərəm mən ümidi, içdə gizlərəm Bu gun qələm sabah silah Qarabağdan əvvəl,gəlin geriyə Bakını qaytaraq Küçədə adamların üzündən yağır vəhşiliy Və qəm, bu nifrət içimizi yandırdı Biz nə dostuq, nə düşmən Nə kasıblarda var üsyan Nə varlılarda mərhəmət Nə ölümdən əvvəl sevinc Nə ölümdən sonra cənnət Yat başı bəlalı yuxulu xalqım Damarlarını kəs və yat Cətin həyatı şirin yuxuya sat Əbədi yuxuya get Qanın sənə haramdı, o da tökülsün Bir kərə yüksələn bayraq endi min dəfə Hamı bilsin, aç gözüvü vətəndaşım Azərbaycan yoxdu xəritədə Balaca nöqtə, əsirlərlə görən yoxdur Mircəfər Bağırovlardan əvvəl Səfəvilərdən əvvəl, Atropatdan başlamışdı Bütün saxta, hiyləgər əməllərin içində Rütbə davasında Bamsı Beyrəyin də Kələylərini gizlədi dastanlar Tökdü qanlar Çaldıranda Uzaq mövhumat Qurandan Yaxın Slavyanlar, İrandan xanliqlar da Qan tökəndə Vergilərçün Ruslar hücuma keçdi Qanini icdiy, ermənilerin əsirlərlə Biz də haqsız hücumlar etdik Qırdıq əsirlərlə Sovetlərdə ən tez girən və ən gec çıxan Elə bilirsiz 20 Yanvar oldu Sovetləri yıxan? Soyuq muharibe,her sey oldu USAin əliylə Biz də elə bilirik bizim üsyan Bizim igidliklə Lay-lay Azərbaycanım Lay-lay vətənim, ana torpağım Lay-lay xalqım yazıq millətim Lay-lay Gözünü bağla sənə şirin yuxular(x2)
А как ты думаешь, о чем песня "Azərbaycan" ?