ГлавнаяИсполнителиNiyaməddin MusayevDünya Sənin, Dünya Mənim
название:

Dünya Sənin, Dünya Mənim


автор:

Niyaməddin Musayev


рейтинг: ★★★★★ / 4.6 / 619 просмотров
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin, 
Dünya mənim,
Dünya heç kimin...

Bu get-gəllər bazarına dəvədi dünya, 
Bu ömür-gün naxışına həvədi dünya. 
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin, 
Dünya mənim,
Dünya heç kimin...

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin, 
Dünya mənim,
Dünya heç kimin...

Bu get-gəllər bazarına dəvədi dünya, 
Bu ömür-gün naxışına həvədi dünya. 
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin, 
Dünya mənim,
Dünya heç kimin...

(Məmməd Araz,1986)

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Dünya Sənin, Dünya Mənim" ?
2010-2020 © WebKind.Ru Тексты песен