название:
автор:
Səni mən oğurladım Cənnətdən
автор:
Неизвестен
рейтинг: ★★★★★ / 5.5 / 1459 просмотров
- Текст
- Открытка с текстом
Səni mən oğurladım Cənnətdən, Sən mələksən, gözlərin cəngəlliklərində mən tamam azdım.. Dedim yazmayacam bir də sevgidən mən, Dedim yazmayacam, yazmayacam və sonda yazdım.. İstədim günəş olum ki, hər səhər səni görüm çıxanda, İstədim külək olum ki, rəqs edim saçlarınla.. Həyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaq, Amma ki sən varsan həyatın ən çətin anlarında.. Qələmin göz yaşıyla suladığım bəyaz sətirlər, Biz kimik ki, sevgi qapısında kasıb səfillər.. Biz kimik ki, uzun bir əsərdə bir neçə cümlə, Biz kimik ki, yuxarıdan baxsan bir neçə nöqtə, Sənin baxışların danışırdı başqa dildə.. Elə bil ilk dəfə idi, həyatında məni görürdün, Bəlkə də əvvəllər baxırdın bir dost kimi, Amma bu gün son baxışlarında məni sevirdin.. Qara divarda bəyaz təbaşirlə günəş çəkdin, Mən hələ son yüz ildə bu qədər sevməmişdim.. Sənin bəbəklərin məni dərinliyinə çəkdi, Mən hələ bu qədər dərinlikdə üzməmişdim.. Hardadır külək? Hardadır yağış? Hardadır mənim sevgilim, hardadır? Hansı evdə? Hansı pəncərələrdə? Hansı binalarda? Hansı küçələrdə? Yaxınlaşır noyabr, otaqda isti kamin, Bizim hisslərimizi sanki təsvir edib Dali.. Qorxurdum gözlərindən, qorxurdum soyuq səsdən, Sən bəzən bilmədən incidirdin, bəzən qəsdən.. Radio dalğaların zərif xışıltısına daldıq, İnsanlar qaçdılar, getdilər, biz burda qaldıq.. İndi şəhər tamam boş, Bakıda yoxdu heç kəs, Ya da ki, şəhər doludu, sadəcə biz gözəgörünməz.. Keçər illər, sən olarsan xoş bir nostalji, Köhnə fotoalbom, sirrlərilə bölüşdükcə.. Uşaqlıq illərimin səliqəsiz xatirəsi, Barmağım şəkildəki gözlərinlə sevişdikcə.. Uzun illər sonra şıltaq sevgi həvəsində, Mən indi qul olmuşam azadlığın qəfəsində.. Və bəlkə də bir gün sən, yadına salıb sevgimizi, Sakitcə ağlayarsan otağın bir köşəsində.. Hardadır külək? Hardadır yağış? Hardadır mənim sevgilim, hardadır? Hansı evdə? Hansı pəncərələrdə? Hansı binalarda? Hansı küçələrdə? Sən yoxsan yanımda, yaxşı, bəs hardasan sən? Bəlkə gizlənmisən boz kütlənin arasında? Mən səni görməsəm də, tanıyıb bilməsəm də, Bil ki, sevgimizi dəyişmərəm başqasına.. Səni tanıyacam mən yazacağın məktublardan, Ya da ki, gözlərin əridərək divarlar
А как ты думаешь, о чем песня "Səni mən oğurladım Cənnətdən" ?