ГлавнаяИсполнителиHOSTAzərbaycan
название:

Azərbaycan


автор:

HOST


рейтинг: ★★★★★ / 4.9 / 937 просмотров
(Nəqarət) 

Lay-lay Azərbaycanım 

Lay-lay vətənim, ana torpağım 

Lay-lay xalqım yazıq millətim Lay-lay 

Gözünü bagla sene şirin yuxular 

Yat başı bəlalı yuxulu xalqım.. 

Nə qədər işıq salan yoxdu gözünə 

Nə qədər güvən yoxdu sözünə 

Lap doyunca yat, 

Yer rahat olsun gərək 

Döşək verək 

Yerinin altı-üstü qızıl 

Gözünü dikənin gözünə qıfıl 

Can Vətən! 

Sözünü demiş şəhidlərin məzarında 

Yer tapılar qazilərə də, 

Kəfəni toxuyan dərzilərə də! 

Amma sinəyə döyən millət 

Hər işi sonraya qoyan millət 

Səhər yeməyi yatağa gələcək 

Qarabağını sevən millət 

Sevgi yenə də sözdə deyilir 

Rüşvət artıq üzdə verilir 

Sabir söyən dövr sanki 

Hami yenə də yuxuda deyinir.. 

Hakimiyyət səhvdir deyilir 

Düz qərar çox sərtdir deyilir 

Amma dərdi yayan səbəb 

Bu millətə içdən gəlir 

Gözünün önünə kabus gəlir 

Bu millət cadulanıb 

Səhər çörəyə qurd yağını 

Axşam şəraba keçi qanını 

Qatıb xeyli iştahlanıb.. 

Nə qəribə vəziyyət alınıb 

Ilanlar bogaza dolanır 

Zəhər saçan quyruğuyla 

Hörümçəklər  öz torunda 

Çox qocalıb, ölmək bilmir 

Qiş da gəlir, qar da yağır 

Şəhid çırağı sönmək bilmir 

Hədəfə yaxın millət 

Amma heyif ancaq yuxuda millət 

Belə Gözel təmiz niyyət 

Olur içdə mütləqiyyət 

Qəlb keçirir əlinə sükanı 

Bayraq verir əmələ təkanı 

Adına ləkəni yaxır millət 

Səs salmıyın yatır millət 

Lay-lay Azərbaycanım 

Lay-lay vətənim, ana torpağım 

Lay-lay xalqım yazıq millətim Lay-lay 

Gözünü bagla sene şirin yuxular 

Yat başı bəlalı xalqım, yenə də yat 

Göz bəbəylərində yuxulu 

Varıvı yoxuvu köpüyə sat 

İllərin yalançı tarixində 

Səyfələr cürüy, ürəy dözür 

Yaralar laxtalandı, əsirlər üzü bozardı 

Kütlənin üzü, yolu yolsuzların izi 

Bizə unutdurub bizi, 

Çökende xalqımin dizi 

Yeri tozlar sovurdu, sordu qanını 

Iyinə gələnlər 

Nə gəlir isti sabahlar 

Nə bitir soyuq dünənlər 

Nə Vətən, nə də ki bayraq arzusunda 

Qəlbim istərəm ki, 

Kağızlarda qanun əməllərdə olsun 

Gözlərəm mən ümidi, içdə gizlərəm 

Bu gun qələm sabah silah 

Qarabağdan əvvəl,gəlin geriyə Bakın

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Azərbaycan" ?
2010-2020 © WebKind.Ru Тексты песен