ГлавнаяИсполнителиНеизвестенBir gün buza dönəcəm,bir gün qaçacam ataraq
название:

Bir gün buza dönəcəm,bir gün qaçacam ataraq


автор:

Неизвестен


рейтинг: ★★★★★ / 4.7 / 729 просмотров
Bir gün buza dönəcəm,bir gün qaçacam ataraq keçmişə günəşi 

Bir gün səsə dönəcəm,hər qulağa qonaq gedəcəm qalacam qonaq əbədi 

Mən oda dönəcəm,düşməni yandırıb dostu şaxtada isidəcəm 

Mən bir gün [bad word] dönəcəm,sevəcək hamı məni olacaq hörmətim 

Mən bir gün körpüyə dönəcəm,birləşdirəcəm topa-topa ayrı düşən millətə 

Mən sona dönəcəm,əvvəlimi sonumda tapdım yenə da sonum əvvəlim 

Şeytana dönəcəm,çıxacam üzə məni görən inanacaq ki Allah da var 

Qışa dönəcəm,yaza dönəcəm,yaya dönəcəm,payız olacam 

Mən bir gün rüşvətə dönəcəm,biləcəm-kimin cibindən kimin cibinə gedirəm 

Cənnətə dönəcəm,çoxlarının bu dünyada olacam tək ümidi 

Bayrağa dönəcəm,mən yerə düşməmiş təslim olmaz hələ irəli 

Caynağa dönəcəm,qoy dəsta-dəsta canavarlar üstümə gəlsin 

Mən hava olacam,oda dönəcəm,suya dönəcəm,sonda da qara torpaq 

Gün əriyəcək,gecə keçəcək,oda bitəcək amma qalacam unudulmaz 

Mən hava olacam,oda dönəcəm,suya dönəcəm,sonda da qara torpaq 

Gün əriyəcək,gecə keçəcək,oda bitəcək amma qalacam unudulmaz 

Mən tarixə dönəcəm,bircə səhifəm dəyişdirəcək bütün kitabın nəticəsin 

Orduya dönəcəm,bax mənə bax bizə gör nə qədər gənc yanımıza gəlir 

Qalxana dönəcəm,hər döyüşdə düşmənlərimizi çıxarıb aradan 

Elxana dönəcəm,ancaq vəsiqədə qalan hər yerdə mən olacam Qaraqan 

Sevgiyə dönəcəm,yayı çəkib oxu atacam bir sevgi min ürəyə batacaq 

Ağrıya dönəcəm,neçə piyli qarın öz qızılının içində batacaq 

Qatilə dönəcəm,birinci öldürəcəm nəfsimi sonra şeytanı 

Sahilə dönəcəm,uca dalğalarla mən sığallayacam ünvanımı 

İnsana dönəcəm,insana dönməyim ən çətin iş olacaq deyəsən 

Üsyana dönəcəm,öz içimizi dəyişdirəcək bir üsyana dönəcəm 

Səyyaha dönəcəm,mən axtaracam dünyada ən təmiz ölkəni 

Çox yeri gəzəcəm,gəzib görəcəm,son yenə Azərbaycana dönəcəm 

Mən hava olacam,oda dönəcəm,suya dönəcəm,sonda da qara torpaq 

Gün əriyəcək,gecə keçəcək,oda bitəcək amma qalacam unudulmaz 

Mən hava olacam,oda dönəcəm,suya dönəcəm,sonda da qara torpaq 

Gün əriyəcək,gecə keçəcək,oda bitəcək amma qalacam unudulmaz

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Bir gün buza dönəcəm,bir gün qaçacam ataraq" ?
2010-2020 © WebKind.Ru Тексты песен