название:
автор:
Yorğun
автор:
H.O.S.T [ Qaraqan, PRoMete, AiD ]
рейтинг: ★★★★★ / 5.1 / 1083 просмотра
- Текст
- Открытка с текстом
H.O.S.T.-Yorğun Qoy bu nəğmə laylan olsun, Ağlasın bəbəklərin, yuyulsun körpə yuxuda qanadlansın aləm Qoy bu nəğmə dünyan olsun olsun Gizlənim içində, yaddaşımda hər kitabəmin içində matəm Qoy bu nəğmə leysan olsun Soyutsum içimi ləpələriylə, həsrət alovu yandıranda ciyərlərimi Qoy bu nəğmə insan olsun, Mənə yaxın məndən, sevgilim olsun oxusun göz yaşıyla əsərlərimi. Qoy bu nəğmə əbədi qalsın İllərin məsafəsiz axınlarında desinlər bir dəli bunu yazdı Qoy bu nəğmə məktub olsun Göndərilsin hər tənha qəlbə, yaralı ürəyə, anlasın ki tək deyil Piyalələr, doldu yağışlarla yağdı içimə yağışlar Yenə də evinə tələsib qaçışacaq piyadalar Röyadayam, ac köpəklər sümüyümü gəmirdikcə Sufi dərviş güc verirdi səbrimə, iradəmə Minarələr səmanın üzünü Tutaraq aparır içimi, çölümü Yardanın hüzuruna qanlı günahlarla gəldim Parçalandı qış baharla Qar adamı da əridi səhərə Bilmirəm rəhm edərmi, Tanrı məni məhv edərmi Gözlərimlə şahid oldum, Sevgilər can verəndə Qanlı öskürəklə baxıram üzünə, Ağlıya da bilmirəm Daxmamın qarşısında kor dilənç yoxdu Verməyə heç nəyim, qapını bağlıya da bilmirəm Yoruldum atdım içimə daş, dərinliyimi bilmək üçün Əks-sədası gəlmir, hələ də sonum arada 100 illik yuxudan oyanmış körpə kimiyəm Yaddaşım silindi, mən kiməm ki, mənim adım Qaraqan Günlər ilərdə vərəq qalmadı, itirdim Neçə qələmdə mürəkkəb, atmadım doğmadı Saxladım, Tək göründüm hər kəsə Təkəm sandılar, yanımdaydın heç darıxmadım Amma yenə də dön yanımda cismin olsun Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq bu qədər asandı Dön nəğmə yazacam sənin dönüşünə Yorğun gözlərim baxır, yolun sonunda ölümlə görüşümə gecikirəm Qoy bu nəğmə tənha qalsın, Günəşdən ilham alsın, Ağ vərəqdə qaralansın, Batsın dərin fikirlərdə Ürəylərdə qoy bu nəğmə Köməyə gələn yoldaş olsun Kədərindən xəbər verən Gözdən axan yaşla dolsun Sətirlərimə sevgi qonsun Hər insan bir mələyə dönsün Qara donlu gecələr, Ümid gətirən səhərə dönsün Qoy bu nəğmə gülüşüntək Güllər açsın səhralarda Xoşbəxtlikdi məqsədim, Axtarıram dumanlıqda Xəyallarım həddi aşır Qoy bu nə
А как ты думаешь, о чем песня "Yorğun" ?