ГлавнаяИсполнителиOkaberQara Quvveler
название:

Qara Quvveler


автор:

Okaber


рейтинг: ★★★★★ / 5 / 960 просмотров
Nə qədər olacaq müharibə şəraiti? 
Bu dəfə qayıdacaq amma yenə qərar itir
Bu dəfə alınacaq bu dəfə son dəfə 
Şablon səhifə əzbər million dəfə
Nə qədər televiziya, nə qədər informasiya,
İmmiqrasiyadan Rusiyada deformasiya
Amerika, Avrasia
Hər yerdə Mafia
Hər yerdə siyasət, təşkilatlar, partiya.
Qara Qüvvələrlə qələbəm əzbər
Mənim rütbəm əsgər,
Mənə düşmən göstər.
Mən ölümlə üzbəüz taleyim xoş gün yazarmı?
Mənim yeməyim perlova mənim evim kazarma.
Mənim geyimim səhra geyimi mövsümə uyğun 
Təslim olmayan ruhum, sifətim solğun, yorğun
Mən əsgərəm!
Mən vətən qoruyuram
Postda tam döyüş dəsti belə adətən qoruyuram.

Nəqarət (2)
Qara Qüvvələr
və daha cümlələr güllələr kimi yağacaq millətə
kim salıb bizi bu qədər zülmətə?
və yenə əsgər, 
Müharibə Davam Edir!

(II)
Progress var
Məndə əsəb gərginliyi stress var
Bir az səs var 
Amma hələ ki boğulmamışam
Bu yaşıma qədər siyasətə soxulmamışam
Paxıllıqdan partdıyır*mütləq xəsislər
Səni araşdırır hər yerdə mütəxəssislər
Sənin arxanda dura bilən bir nəfərin yox 
Getdikcə batırsan dərinə xəbərin yox
Xəbərin yox qardaşım xəbərin yox
Hər cürə insan olub yoldaşım xəbərin yox
Mənim ürəyim indi olub xəstə xəbərin yox
İntizam cəzalarından həbsdən xəbərin yox
Kim kimi harda və necə satıb? Xəbərin yox
Kimisə hətta sevgilisi atıb xəbərin yox
Buradakı ərzaq, geyim və sudan xəbərin yox
Ümumiyyətlə sənin ordudan xəbərin yox!

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Qara Quvveler" ?
2010-2020 © WebKind.Ru Тексты песен