ГлавнаяИсполнителиНеизвестенBənd 1(PRoMete):
название:

Bənd 1(PRoMete):


автор:

Неизвестен


рейтинг: ★★★★★ / 5.2 / 1159 просмотров
Bənd 1(PRoMete):
Nə bir küçə, nə bir bucaq,
Nə bir qoca, nə bir uşaq,
Nə bir sətir, nə bir vərəq,
Ovutmur mahnılar tək.
Yorğunam dost, yorğunam mən,
Əllərimlə, sanki yükümün çiyinlərdən
Düşməməsinə kömək edirəm.
Üzümə də qəm yapışıb,
Gülərək, gizləməkdən yaxşı heç nə tapmadığımdandır,
Bu aciz təbəssüm daim çöhrəmdə.
Gənclik bağçalarımı quraqlıq vurubdur sanki,
Solubdur qönçələrim və tökülübdür pöhrəm də.
Şamam dövrəmdə, dövr edəndə pərvanə,
Yandırdım qanadın, məhv oldu sevgimdən.
Səni axtaranda, sularda, dürdanəm,
Çox dərin getdim, boğuldum mən.

Nəqarət(2dəfə: PRoMete)
Əgər sevmək acizliksə, mən dünyada ən aciz insan(aciz insan)

Bənd 2(Qaraqan):
Yaxşı qızla, pis oğlan, dəli olmuşuq çoxdan.
Bu sevgi deyil, fırtına, ya tufan.
Gözlərindən alovlar, məni yandırıb-yaxar,
Zəng eləyin 101-ə, dostlar-tanışlar!
Qurtarın məni burdan, gizlədin məni ondan.
Onun gözləri salır yenə məni tilsimə.
Çağırın polisləri, verin onu məhkəməyə,
Oğurladığı ürəyimi qaytarsın geriyə.
Şamam dövrəmdə dövr edəndə pərvanə,
Məhv etdim onu, sonra vuruldum mən.
Səni axtaranda, sularda, dürdanəm,
Çox dərin getdim, boğuldum mən.

Nəqarət(2dəfə: Qaraqan)
Əgər sevmək acizliksə, mən dünyada ən aciz insan(aciz insan)

Nəqarət(2dəfə: PRoMete)
Əgər sevmək acizliksə, mən dünyada ən aciz insan(aciz insan)

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Bənd 1(PRoMete):" ?
2010-2020 © WebKind.Ru Тексты песен