ГлавнаяИсполнителиНеизвестенÜrəyimdə Əsir Küləylər Ürəyi
название:

Ürəyimdə Əsir Küləylər Ürəyi


автор:

Неизвестен


рейтинг: ★★★★★ / 4.9 / 922 просмотра
Ürəyimdə Əsir Küləylər Ürəyi Heç Kimə Aça Bilmirəm
Əlimnən Tutanlar Əlimi Buraxdılar Artıq Yalnız Qaça Bilmirəm
Sonumu Görənlər Mənə Göstərsin Mən Gələcəyə Uça Bilmirəm
Ürəylər Soyur İnsan Dərisin Mələyimə İşiq Saça Bilmirəm
Lazımsız Bir Kağızam Mən Üstünə Nə İstədiz Yazırsız
Üsyan Edən Bir Payızam Mən Saflığımnan Faydalanırsız
Dəyərlərimi Taptaladız
Güllələdiz Saysız Hesabsız
Ağladığca Üstümə Gəldiz Mənə Uşaqlığımı Siz Xatırlatdız

Mən Keçmişə Sadiq Olub Öz Həyatımı Quracam
Mən Gələcəyə Layiq Olub Öz Dünyamda Yaşayacam
Məni Heç Kim Düşünməsin Hərdən Gülüb Ağlayacam
Heç Kim Məni Sevməsin Sevgimi Qoruyub Saxlayacam

Bax Hərkəs Düz Mənsə Yalan
Etdiklərim Olsun Haram
Daha Yaxşılıq İstəmirəm
Mənə Anamdı Təkcə Qalan
Təsəllinizi Gözləmirəm
Təsəlliniz Qəlbi Qıran
Yumdum Gözümü Gedirəm
Ürəyimdə Acılara Bax

Bax Gedənlər Ölülərlə Bir Sıralarda
Bax Sevənlər Qollarda Hərə Bir Rolda
Hərə Bir Yolda Özünü Doğru Bilir

Ürəyinizdə Kin Paxıllıq Bu Sizi Cəhənnəmə Aparır
Deyilsiz Artıq Dəyərli Varlıq Ürəyimnən Sizi Qoparır
Mən Öləndə Deyərsiz Salıq Yaxşılıq Etdi Biz Qanmadıq
Rahat Olarsız Mənnən Sonra Sizə Yaraşır Şənlik Şadlıq

Həyatımnan Gedənlər Xəyanəti Sevənlər Harda
Söyləyin Harda Bu Qəlbim Sürünür Mənim Kədərli Yollarda Nəyə Görə Kimə Görə

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Ürəyimdə Əsir Küləylər Ürəyi" ?
2010-2020 © WebKind.Ru Тексты песен