ГлавнаяИсполнителиYaRiM_MəNiMIstemirem
название:

Istemirem


автор:

YaRiM_MəNiM


рейтинг: ★★★★★ / 5.1 / 1111 просмотров
stəmirəm LCD ekran televizor, 600 kanal
Istəmirəm 8800 polifonik tonal
Istəmirəm Adidas Versace Dolce Gabbana
Istəmirəm həm dəbli geyim həm dəbli saç uyğun zamana
Istəmirəm McDonalds BigMac Pizza Portofino
Istəmirəm tuz oğlu olum nə də ki arlekino
Istəmirəm villa ömürlük sığorta
Istəmirəm qonşu ac olanda gedim kurorta
Istəmirəm tülkülərdən sonra yuxarı qoyunlar gəlsin
Istəmirəm yasım olsun tanımadığım qohumlar gəlsin
Istəmirəm populyarlıq şöhrət hamı məndən danışsın
Istəmirəm məndən başqa həyatıma kimsə qarışsın
Istəmirəm demokratiya
Istəmirəm restavrasiya
Istəmirəm azad seçki, dünyaya inteqrasiya
Istəmirəm qərb mədəniyyəti avropasayağı toy
Istəmirəm oğlum desin bir gün “Ata, oldum ‘qoluboy’.”
Istəmirəm valideyinlərimin puluyla özümü saxlıyım
Istəmirəm yalandan gülüm, ondansa içdən aglıyım
Istəmirəm ölüm geciksin ya da ki tez gəlsin
Istəmirəm döyüş vaxtı yataqda gözümü baglıyım
Istəmirəm gücüm artsın – artsın ondansa cəsarət
Istəmirəm pullarda xoşbəxtlik, kağızda ədalət
Istəmirəm sevgi xəyanət sonu hamısının
Istəmirəm gələcəyimə falçı baxsın
Istəmirəm yekəpər bədən ondansa sürətli zərbə
Istəmirəm sizdən alqış
Istəməyin məndən səhnə
Istəmirəm fərqlənmək fərqli görsənmək üçün
Istəmirəm yalan hormət içində gizlənmək üçün

IS [istiqamətim fərqli]
TƏ [tərki-dünya qara dərviş]
MIR [miras qaldı mənim keçmişim]
ƏM [əmrimə sadiqəm] ( 2 dəfə təkrar)

Hər səyfə mənim, mən də səyfənin
O, mən, birdə əldə qələmim
Söz güclü amma deşməz düşməni
Tut baş hərifləri, budur mənim …

Istəmirəm dörd təkər ona-buna şou göstərmək üçün
Istəmirəm pulla alınmış diplom ağıllı görünmək üçün
Istəmirəm yaşayım ömrümü valideyinlərin hesabına
Istəmirəm istəməsəm də şahid olum gəncliyimizin halına
Istəmirəm şəhərdə hörmət əgər təsbehlə ölçülürsə
Istəmirəm cəmiyyətdən qiymət,qiymət geyimə verilirsə
Istəmirəm şan-şöhrət özümü gözə soxmalıyamsa
Istəmirəm yaxşı oğlan olum çayxanada qocalmalıyamsa
Istəmirəm rus dilini bilməyənə yuxarıdan aşağı baxılsın
Öz dilində güclü danışmaq bombalıq sayılsın
Istəmirəm elit olum, McTualetdə formalaşım
Istəmirəm sevgilim olsa onunla mərmərli parkda fırlaşım
Istəmirəm sevilim, onsuz se

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Istemirem" ?
2010-2020 © WebKind.Ru Тексты песен