ГлавнаяИсполнители[ Niyaməddin Musayev ]Buleyli
название:

Buleyli


автор:

[ Niyaməddin Musayev ]


рейтинг: ★★★★★ / 5.2 / 1219 просмотров
[bad word] azerbaycanmusiqisi

Araxçının məndədir, buleyli,
Sərmişəm, çəməndədir, buleyli,
Aləm gözələ dönsə, buleyli,
Mənim gözüm səndədir, buleyli.

Qərənfiləm budama, buleyli,
Buyur gedək odama, buleyli,
Əgər məni sevirsən, buleyli,
Elçi göndər anama, buleyli.

Pəncərənin milləri, buleyli
Açıb qızıl gülləri, buleyli
Oğlanı yoldan eylər, buleyli
Qizin şirin dilləri, buleyli.

Bulaq başı toz olar, buleyli,
Üstü dolu qız olar, buleyli,
Əyil, dəsmalın götür, buleyli,
Mən götürsem söz olar, buleyli.

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Buleyli" ?
2010-2020 © WebKind.Ru Тексты песен