ГлавнаяИсполнители[ Tünzalə Ağayeva ]Ay qaşı, gözü qara qız
название:

Ay qaşı, gözü qara qız


автор:

[ Tünzalə Ağayeva ]


рейтинг: ★★★★★ / 5.5 / 1455 просмотров
[bad word]  [bad word] azerbaycanmusiqisi

Bülbüllər gəzər bağı,
Yar gələr, süzər bağı,
Dodağın gül qönçəsi,
Açılsa, bəzər bağı.

Tellərini yan dara, qız,
Eylə dərdimə çarə, qız,
Ay qaşı-gözü qara qız,
Eylə dərdimə çarə, qız.

Mən aşiqəm halına,
Üzdə qara xalına,
Lalə, bənövşə yetməz,
Yarın gül camalına.

Bulud ötüb, ay hanı?
Qaşın kimi yay hanı?
Gəzdim eli-obanı,
Eldə sənə tay hanı?

Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте
А как ты думаешь, о чем песня "Ay qaşı, gözü qara qız" ?
2010-2020 © WebKind.Ru Тексты песен