ГлавнаяИсполнителиeyyub yaqubovБиография eyyub yaqubov
TOP песен исполнителя
"eyyub yaqubov"
    имя:

    eyyub yaqubov


    жанры: azerbaijan, trance, pop, house, dance

    Əyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakı şəhəri Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinifinə daxil olur.
    Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi.
    Hələ məktəbli olaraq, 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Əyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar oxuyurdu. Musiqiçi olmaq arzusunda olan pianoçu Əyyub, bu fikirdən uzaqlaşır. Musiqiçilərimizin zəhmətinin layiqincə qiymətləndirilməməsini görən gənc, müğənni olmaq qərara qəlir.
    Erkən yaşlarından dost-tanış arsında tez-tez müğənnilik edərək o, zaman ötdükcə bu incəsənət növünün incəliklərinə yiyələnirdi. Əyyub xüsusi ilə köhnə Bakının küçə mahnılarının vurğunu idi. Mahnı oxumaq həvəsi heç də maddi maraq güdməkdən irəli gəlmirdi. Eyni zamanda, təmiz ürəkdən gələn bu arzu onu biraz da ruhlandırdı. Özünün dediyinə görə o, "blatnoy" mahnılar oxumağa başladı. Zamanın tələbləri ilə addımlayaraq, restoranlarda oxumağa başladı.
    1992-ci ildə ailə qurur, Zakir adlı bir oğlu var.
    1992-ci ildən etibarən populyarlıq qazanır. Həmin zamandan bəri 4 audio-kasset və 3 kompakt-disk buraxmışdır. Bunlar 1999-cu ildə çıxmış "Duet Amburan" və "Mister Əlibala", 2000-ci ildə -"Ağabala Çaykovski", 2001-ci ildə - "Ana". 3 mahnısına - "Ana", "Kor ərəbin mahnısı" və "Mənə dəniz verin" mahnılarına kliplər çəkdirib.

    http://www.eyyubyagubov.com/

    Оставь нам своё мнение о статье про "eyyub yaqubov"
    2010-2020 © WebKind.Ru Тексты песен