ГлавнаяИсполнителиXpertБиография Xpert
TOP песен исполнителя
"Xpert"
    имя:

    Xpert


    жанры: hardcore rap, rap

    Şəhriyar Atababayev
    Əsl adı Şəhriyar Atababayev. 1990-cı il 30 sentyabr tarixində Bakı şəhərində anadan olub. Bakı şəhəri 292 saylı orta məktəbi bitirmişdir. (1996-2007)
    Qafqaz universiteti bakalavr və magistratura məzunudur. (2007-2014)

    Xpert
    Altı yaşında ikən əlinə keçən "Assorti Hits-1995" adlı audio kasetdə dinlədiyi, lakin nə olduğunu anlamadığı bir musiqi tərzi xatirələrində dərin izlər qoyur. Kasetdə “Papa Bear, Shaggy, 2Pac” və sair kimi musiqiçilərin parçalar yer alırdı. Bir neçə il
    sonra, Azərbaycanda kifayət qədər məhşur olan raper Anar Nağılbazın TV programlarının birində verdiyi
    müsahibədə, bu tərzin Rap olduğunu
    anlayır.

    2009
    A4 (Tağıyev Orxan) ləqəbli raper ilə tanışlıq, rap yolunu
    kökündən dəyişir. Belə ki, A4-ün köməyi və digər iki raperin iştirakı ilə (OD, ForMat) ilk track ərsəyə gəlir.
    O vaxtlar Türk rapinin təsirində qalan Xpert, həmçinin universitetdə Türk dili və Ədəbiyyatı fakultəsindəki təhsilindən dolayı tracklərindəki verselərini türkcə yazır. Daha sonra (Naqan, SertOzan, A4 adlı raperlərin iştirakı ilə) bir neçə track daha yazılır.

    2010
    Fars raperlərin Azərbaycan rapində yazdıqları diss’i geri
    qaytarmaq məqsədi ilə, DissPersia adlı tracki ərəsyə gətirir. Bu Xpertin Azərbaycan Türkcəsində yazdığı ilk track olur. İlin ortalarında Xpertin bütün trackləri Qanun Beatz "Maddə 1 The Mixtape"adlı albomda yayımlanır. Daha sonra Ramires adlı raper ilə “Yorğun Döyüşçü” adlı track yazılır. İlin sonlarında tərkibində Xpertin də yer aldığı “Synaps Production” adlı label yaradılır. Dekabr ayında o günə kimi yazılmış və yayımlanmış bütün trackləri bir yerə toplamaq məqsədi ilə Xpert internetə "Rapsychology bootleg" adlı albom buraxır. Albomda yeni track olmur.

    2011
    İlin yayında Synaps Productionun “Təcili Yardım” adlı konsertindən bir gün sonra hərbi xidmətə yollanır.
    Lakin Xpert hərbi xidmətə yollanmamışdan bir çox trackin səsyazmasını etmişdi. Bu tracklər 11.11.2011 tarixində Synaps Production tərəfindən “Makar10” adlı albomda toplanaraq cəmi 100 nüsxə satışa buraxıldı. Bu zaman Xpert hərbi xidmətdə idi.

    2012
    Hərbi xidmətdən geri döndüyü zaman artıq onun dinləyiciləri var idi. Qısa müddətdə bir neçə single track çıxarır. Synaps Labeldə çalışan digər bir raper Ramires ilə olan bütün duetlərini bir araya toplayaraq “Sarkoma EP” adı ilə yayımlayır.

    2013
    Mart ayında Xpert öz evində qardaşı ilə birlikdə büdcəsi 11 manat 50 qəpik olan klip çəkir. “Şaman” adlı track 24 saat ərzində YouTubeda 12.000 baxış sayı toplayaraq (öz əhatəsində) rekorda imza atır. Mart ayının sonu "La Poax" adlı EP albom internetə buraxıldı.
    Avgust ayında “Guerrilla” adlı ikinci klip təqdim olunur.
    2 Noyabr tarixində Xpert solo konsert verərək satış üçün nəzərdə tutduğu ikinci albomunu, “Akula”nı dinləyicilərə təqdim edir.

    2014
    Bir çox albomlar və proektlər hazırdır və öz vaxtını gözləyir.

    Albomlar :
    2010 - Rapsychology Bootleg
    2011 - Makar10
    2012 - Sarkoma (EP), La Poax (EP)
    2013 - Akula

    Оставь нам своё мнение о статье про "Xpert"
    2010-2020 © WebKind.Ru Тексты песен